Hədiyyə Karvanı layihəsinin növbəti ünvanı Ağcabədi oldu -(AZpress.AZ- İ.Mais, +FOTO=26)

“Hədiyyə Karvanı” layihəsinin növbəti ünvanı Ağcabədi oldu -(AZpress.AZ- İ.Mais, +FOTO=26)

“Hədiyyə Karvanı” layihəsinin növbəti ünvanı Ağcabədi oldu

 

1 iyun 2021-ci il tarixdən etibarən Tovuz “ASAN xidmət” də açılış mərasimi keçirilən “Hədiyyə Karvanı” layihəsinin növbəti ünvanı Ağcabədi oldu.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, layihə “YAŞAT” Fondunun və Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının birgə təşkilatçılığı, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin və Balıkəsir Böyükşəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə reallaşdırılır.
Ağcabədi “ASAN xidmət” mərkəzində keçirilən mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qonaqları salamlayaraq qardaş ölkənin reallaşdırdığı belə layihələrin böyük əhəmiyyətindən danışıb və təşkilatçılara minnətdarlığını bildirib.
Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının icraçı direktoru Salim İsot çıxış edərək bu layihə çərçivəsində həyata keçirilən işlərin maddi tərəfi ilə yanaşı mənəvi tərəfinin üstünlüyündən söz açıb.
Sonra Ağcabədi rayonundan olan şəhidlərimizin övladlarına müəyyən anlama və həlletmə bacarıqları tələb edən oyuncaq hədiyyələr, idman geyim dəstləri, qoruyucu maskalar, jurnallar paylanılıb. Məqsəd onlara sevinc bəxş etmək, eləcə də yaradıcı potensiallarının inkişafına dəstək olmaqdır.
Şəhid Cəmaləddin Məmmədov, Həsən Süleymanov, Mirəli Hüseynov və Anar Cəfərovun övladlarının hədiyyələri isə görüşdə iştirak edə bilmədikləri üçün onlara yaşadıqları ünvanlarda təqdim olunub.
“Hədiyyə karvanı” layihəsi 13 iyun tarixinədək davam edəcək. Bu çərçivədə ölkəmizin müxtəlif şəhər və rayonlarına səfər ediləcək və şəhidlərimizin ailələri ziyarət olunmaqla onların övladlarına hədiyyələr paylanılacaq.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]