Səmayə Məmmədovanın nazirlikdəki vəzifəsindən ayrılma SƏBƏBİ

Səmayə Məmmədovanın nazirlikdəki vəzifəsindən ayrılma SƏBƏBİ

Səmayə Məmmədovanın nazirlikdəki vəzifəsindən ayrılma SƏBƏBİ

 

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova vəzifəsindən ayrılıb.

 

Bu barədə Səmayə Məmmədova özü jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, öz istəyi ilə 2007-ci ildən çalışdığı vəzifədən ayrılıb:

 

“Əslində mən bu xəbəri sizinlə rəsmi iş məzuniyyətim bitdikdən sonra bölüşməyi planlaşdırırdım. Xəbərin yayıldığını nəzərə alaraq bildirirəm ki, 21 may 2021-ci il tarixdə öz istəyimlə 14 il ərzində mətbuat katibi olaraq fəaliyyət göstərdiyim Gənclər və İdman Nazirliyindən ayrılmışam. Rəsmi iş məzuniyyətim bitdikdən sonra nazirliyə qayıtmayacağam. Bu 14 il ərzində nazirlik mənim üçün böyük məktəb, ikinci ev, nazirliyin kollektivi isə doğma ailəm oldu. Bir ömür boyu ürəyimdə yaşayacaq nazirim Azad Rəhimov mənim mənəvi atam, dostum, qardaşım, böyük məktəbim, həyatım boyu haqqında qürurla danışacağım doğmam oldu .

 

Bundan sonrakı dönəmdə də hər kəsə böyük uğurlar, can sağlığı arzu edir, bir daha nazirliyin fəaliyyətində göstərdiyiniz dəstək və dostluğunuz üçün təşəkkürümü bildirirəm!”.

 

Gənclər və İdman Nazirliyinin mətbuat katibi vəzifəsi müvəqqəti olaraq Azərbaycan İdman Jurnalistləri Assosiasiyanın rəhbəri, "İdman" qəzetinin baş redaktoru Qabil Mehdiyevə həvalə olunub.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]