ADU-nun "Qələbəyə aparan yol: Heydər Əliyevin siyasi irsi" esse müsabiqəsinin qalibləri elan olunub

ADU-nun "Qələbəyə aparan yol: Heydər Əliyevin siyasi irsi" esse müsabiqəsinin qalibləri elan olunub

Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyəti, Həmkarlar İttifaqı Komitəsi və Regionşünaslıq kafedrasının birgə təşəbbüsü və təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş bakalavr və magistrantların “Qələbəyə aparan yol: Heydər Əliyevin siyasi irsi” adlı esse müsabiqəsi keçirilib.

  instaqram AZpress.AZ

  facebook

 Müsabiqənin münsiflər heyəti tərəfindən iştirakçılardan 1 nəfər birinci, 2 nəfər ikinci, 3 nəfər isə üçüncü yerə layiq görülüb.
 


1-ci yerin qalibi Təhsil 1 fakültəsinin tələbəsi  Ulduz Hətəmova 1-ci dərəcəli diplom və pul mükafatı ilə;


2-ci yerin qalibləri magistrant  Müseyib Şirəliyev və Tərcümə fakültəsi  tələbəsi  Günel Balaşova  2-ci dərəcəli diplom və pul mükafatı ilə;


3-cü yerin qalibləri BM və Regionşünaslıq fakültəsi tələbəsi Vüsal Hümbətzadə, Filologiya fakültəsinin tələbəsi Güzel Nəzərova və magistrant Səbinə Məmmədova 3-cü dərəcəli diplom və pul mükafatı ilə mükafatlandırılacaqlar.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]