Elman Nəsirov: "Azərişıq" Şuşanı cəmi 37 gündə elektrik enerjis ilə təmin edib - VİDEO

Elman Nəsirov: "Azərişıq" Şuşanı cəmi 37 gündə elektrik enerjis ilə təmin edib - VİDEO

“Azərişıq” postsovet məkanında daha bir ilkə imza atıb


“Möhtərəm prezidentimiz cənab İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin bərpasını və yenidən qurulmasını strateji vəzifə kimi müəyyən edib və bu prosesdə müasir innovativ yeniliklərin tətbiq edilməsini əsas hədəflərdən biri kimi irəli sürüb.


Məsələyə bu kontekstdə yanaşdıqda söyləmək istərdim ki, bu günlərin ən tarixi hadisələrindən biri, ən yaddaqalan hadisələrindən biri işğaldan azad olunmuş Suqovuşan qəsəbəsinin elektrik enerjisi ilə tam təchiz olunması məsələsidir”.


Bunu Milli Məclisin iclasında çıxış edən deputat Elman Nəsirov deyib.


E.Nəsirovun sözlərinə görə, “Azərişıq” ASC keçmiş SSRİ ölkələri arasında ilkə imza atıb:
“Həm də bu məsələnin özəlliyi onunla bağlıdır ki, postsovet məkanında ilk dəfədir ki, “Azərişiq” ağıllı şəbəkə konsepsiyası çərçivəsində izolyasiyalı kabel sistemi tətbiq edir. Bu sistemin özəlliyi nəylə bağlıdır.


Biri var ənənəvi elektrik enerjisi ilə təminat məsələləri, amma indiki halda isə məhz Qarabağda, işğaldan azad olunmuş ərazilərimizdə, məhz Suqovuşanda, Talışlı kəndinə münasibətdə biz belə yanaşmanın, yeni innovativ yanaşmanı görürük. Bu isə nəticə etibarı ilə ona gətirib çıxaracaq ki, hətta qeyri-sabit hava şəraitində belə əhalinin elektrik enerjisi ilə təminatı ən yüksək səviyyədə həyata keçiriləcək.


Ən başlıcası minlərlə hektar ərazilərin kə

nd təsərrüfatı məqsədi üçün istifadəsinə şərait yaradacaq. Məsələ ondadır ki, ənənəvi elektrik enerjisi ilə təminat məsələlərində yüksək kilovoltluq xətlərin olduğu ərazilərdə 30 metrlik xüsusi zolaq yaradılır. Amma indiki halda isə buna ehtiyac olmur. Bu proses də minimuma enmiş olur və nəticədə bir daha qeyd edirəm postsovet məkanında ilk dəfə ki, məhz Suqovuşan qəsəbəsində bax beləcə izolyasiyalı kabel sistemi tətbiq olunur. Hesab edirəm bunun da çox böyük mənası və əhəmiyyəti var.


Bilirsiniz hələ müharibənin getdiyi dövrdə “Azərişiq Qarabağda” layihəsi çərçivəsində Cəbrayıl rayonunun elektrik təminatı həyata keçirilmişdir. Bunun ardınca Hadruta elektrik xətti çəkildi və Füzulidən, Şükürbəyli stansiyasindan Hadruta iki dövrəli xəttlər çəkildi.


Bilirsiniz ki, ən mühün istiqamət Hadrutdan Çnaqçıya, oradan da isə daşaltıya qədər xəttin çəkilməsidir. Sonra isə Şuşanın tam elektrik enerjisi ilə təminatı məsələsidir.


Xüsusilə vurğulamaq istəyirəm ki, Vətən müharibəsində, 44 gün ərzində biz tarixi qələbəyə imza atdıq. Azərbaycan mədəniyyəti paytaxtı Şuşanın isə elektrik enerjisi ilə təminatı cəmi 37 gün ərzində baş verdi. Hesab edirəm bu tarixi hadisədir”.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]