ADPU-da onlayn seminar: "Qafqaz İslam Ordusu və Azərbaycanın qurtuluşu" - FOTO

ADPU-da onlayn seminar: "Qafqaz İslam Ordusu və Azərbaycanın qurtuluşu" - FOTO

Mayın 27-də ADPU Təhsil Könüllüləri İctimai Birliyi (ADPU TKİB) 28 may - Respublika Günü münasibətilə "Qafqaz İslam Ordusu və Azərbaycanın qurtuluşu” mövzusunda onlayn seminar təşkil edib. “Microsoft Teams” platforması üzərindən keçirilən seminarda Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixinin gənc tətqiqatçısı, İstanbul Universitetinin doktorantı Dilqəm Əhməd Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağ, İrəvan və Zəngəzur məsələləri və Vətən müharibəsindəki tarixi zəfərimiz haqqında məlumat verərək tələbələrlə qarşılıqlı fikir mübadiləsi aparıb.

  instaqram AZpress.AZ

  facebook


Tədbirdə iştirak edən ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli və ADPU TKİB sədri Taleh Mirzəyev iştirakçıları respublika günü münasibəti ilə təbrik edərək gənclərin bu tip mövzular ətrafında məlumatlılığının önəmini qeyd ediblər.


Seminarda 50 nəfərdən çox tələbə iştirak edib
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]