Adil Əliyev: Azərbaycan yalnız regionun deyil, dünyanın ən qüdrətli ölkələrindən biridir

Adil Əliyev: Azərbaycan yalnız regionun deyil, dünyanın ən qüdrətli ölkələrindən biridir

Ölkəmiz həm ikitərəfli həm də çoxtərəfli münasibətləri getdikcə daha da dərinləşdirmiş, habelə aparılan uğurlu diplomatik münasibətlərin nəticəsində ölkəmizin beynəlxalq ictimaiyyətdə əhəmiyyəti daha da ön plana çıxmışdır.


Diplomatik müstəvidə atılmış uğurlu addımlar nəicəsində Azərbaycan yalnız regionun lideri olmaqla kifayətlənməmiş, eləcə də artıq dünyada söz sahibi olan ölkələrdən birinə çevrilmişdir. Qoşulmama Hərəkatı kimi dünyanın 120-dən artıq ölkəsini özündə birləşdirən nüfuzlu beynəlxalq təşkilatın sədri olması və üzərinə düşən missiyanı uğurla yerinə yetirməsi, beynəlxalq təşkilatlarda göstərdiyi qətiyyətli mövqe nəticəsində böyük dövlətlər ölkəmizlə daha sıx tərəfdaşlıq etmək niyyətində olmuşlar. Bugün ölkəmizin tərəfdaşları ABŞ, Çin kimi meqa dövlətlərlə yanaşı, inkişaf etmiş və söz sahibi olan dünya ölkələridir.

  instaqram AZpress.AZ

  facebook


Eyni zamanda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində həm müharibə, həm də diplomatik müstəvidə aparılan uğurlu işlər, hərbçilərimizin qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində Vətən müharibəsində Ermənistanı məğlub edərək sülh sazişi imzalamağı məcbur etdik. Ermənistanın baş naziri kapitulyasiyanı imzalayaraq məğlubiyyətlərini qəbul etdi. Vətən müharibəsində ordumuz dayanmadan qətiyyətlə irəli getdi və hər gün yeni ərazilərimizi işğaldan azad edərək xalqımızı sevindirdi. Hərbi qulluqçularımızın istifadə etdiyi taktika, hücum əməliyyatları dünyanın aparıcı ali hərbi təhsil müəssisələrində öyrənilir və nümunə olaraq göstərilir.


Vətən müharibəsi yalnız Ermənistan üzərində qələbəmiz deyildi, Ermənistanın havadarları da daxil olmaqla ölkəmizin qüdrətinin dünyaya təzahürü idi. İkinci Qarabağ müharibəsindən sonra artıq dünya başa düşdü ki, Azərbaycan yalnız Cənubi Qafqazın deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir. Gücün və qətiyyətin sahibi olan bir dövlətlə hər kəs münasibətləri daha isti saxlamağın tərəfindədir. Ölkəmizin müharibədə göstərdiyi qətiyyətlə mövqe ilə yanaşı Ermənistandan fərqli olaraq humanitar hüququn tələblərini pozmaması, müharibəni qəbul edilmiş hüquq normaları çərcivəsində aparması, nəticədə Ermənistandakı mülki əhaliyə ziyan vurmaması nüfuzumuzu daha artırdı. Belə ki, Ermənistanın mülki əhalimizi hədəfə almasına baxmayaraq, Ermənistan tərəfində mülki vətəndaşlar öldürülmədi. Lakin, Ermənistan törətdiyi soyqırımlarda olduğu kimi, müharibədə də növbəti hərbi cinayətləri törətdi və dünyada olmayan nüfuzunu bir dəfəlik məhv etdi.


İndi isə hamı qüdrətin sahib olan dövlətlə daha yaxından əməkdaşlıq qurmağa cəhd edir. Xalq Cumhuriyyətinin quruluşunun 103 illiyi münasibətilə ölkə başçısına 60-dan artıq ölkə rəhbərinin məktub yazması ölkəmizin nüfuzunun xəbərçisidir. Ölkə rəhbərlərinin göndərdikləri təbrik məktublarında hər biri Azərbaycanı layiqli tərəfdaş olaraq qiymətləndirmiş, habelə əməkdaşlığın və dostluğun daha da dərinləşməsinə hazır olduqlarını bildirmişlər.


Xüsusilə Azərbaycanın terrora, faşizmə qarşı mübarizədə tutduğu qətiyyətli mövqe, dünyada mövqeyimizi daha da gücləndirir. Ölkə başçısının dünənki Ağdam rayonuna, habelə daha əvvəllərdə işğaldan azad edilmiş rayonlarımıza olan səfərləri zamanı Ermənistanın törətdiyi tarixi, ekoloji terroru dünyaya göstərilməsində mühüm yer tutur. Təkcə bu səfər zamanı Ağdam Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun, İmarət kompleksinin bərpasının, meşə zolağının salınması işlərinə başlandı. Eyni zamanda beynəlxalq ictimaiyyət bir daha gördü ki, Ermənistan 30 illik işğalı dövründə ərazilərdə hər şeyi məhv etmiş, talamışdır. Beynəlxalq ictimaiyyət Ermənistanın vandalizmi dövlət siyasəti səviyyəsində apardığını, faşizm rejiminin təsirləri nəticəsində tarixi abidələrin talan edilməsini, dağıdılmasını, meşələrin yandırılmasını və eləcə də regionda sülhün, təhlükəsizliyin qarşısında əngəl olmasını bir daha görərək onlardan üz çevirmişdir.


Ermənistanın müharibədə məğlubiyyəti, bu vaxta qədər aparmış olduğu işğal siyasəti, habelə faşizm rejimi və törətdikləri digər əməllər artıq dövlətlərinin tənəzzülünü sürətləndirmişdir. Bugün böhran içində olan Ermənistan rəhbərliyi yalnız bir-birini günahlandırmaqla təsəlli tapırlar, başa düşmürlər ki, günah hamısındadır. Azərbaycan güclü, qüdrətli olmasına baxmayaraq, münaqişənin hər zaman sülh yolu ilə həllinin tərəfində idi, lakin Ermənistan işğalçı siyasətindən əl çəkmədi. Nəticə isə onlar üçün çox ağır oldu. Ermənistan yaşadıqlarından dərs çıxarmalı, bir daha hər hansı təxribat fikrinə düşməməlidir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]