Youtube yeni qaydalar TƏTBİQ EDƏCƏK

Youtube yeni qaydalar TƏTBİQ EDƏCƏK

 "YouTube" videohostinqi yeni istifadə qaydalarını tətbiq edir.

 

İyunun 1-dən etibarən yeni qaydalara görə hostinqin seçdiyi istənilən materialda daha çox reklam yerləşdirilə bilər. Bu şərt təkcə YPP (YouTube Tərəfdaşlıq Proqramı) çərçivəsində göstərilən kanallara şamil olunmur.

 

“Siz "YouTube"a öz materiallarınızdan gəlir əldə etmək hüququ verirsiniz ki, bu da həmin materiallarda reklam yerləşdirmək, yaxud onlara baxmaq üçün ödəniş tətbiq etmək yolu ilə ola bilər. Bu razılaşma sizə hər hansı ödəniş haqqını vermir”, – yeni qaydalarda qeyd olunur.

Eyni zamanda reklam yerləşdirməsinin yalnız böyük material yerləşdirənlərin iştirak etdiyi YPP çərçivəsində ola bilər. Belə material sahibləri YPP çərçivəsində yerləşdirilən reklamlardan gəlir payına haqq qazanır.

 

 

ABŞ hüdudlarından kənarda olan, lakin bu ölkədə baxışlar toplayan material sahibləri də əlavə ödənişə mükəlləf olacaqlar. Bunlar ABŞ qanunlarına görə qonorar hesab ediləcək və "YouTube"dan gəlir əldə edən material sahibləri vergi məlumatlarını “Google AdSence” portalına təqdim etməlidirlər.

Qeyd edək ki,hər hansı şəxsi ondan xəbərsiz açıqlayan məlumatlar toplana bilməyəcək.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]