BDU-nun gənc alimləri tərəfindən yeni miniatür triboelektrik generator hazırlanıb

BDU-nun gənc alimləri tərəfindən yeni miniatür triboelektrik generator hazırlanıb

Bakı Dövlət Universitetininn Nanoaraşdırmalar ETM-in gənc alimləri tərəfindən tibbdə, hərbi kəşfiyyatda, uzunmüddətli səyahətlərdə və s. istifadə olunan bir çox daşına bilən elektron cihazların uzunmüddətli və effektiv işləməsini təmin edən yeni növ qidalandırma mənbələri - miniatür triboelektrik generator (TEG) hazırlanmışdır. Hazırlanmış TEG elektrik enerjisini generasiya edən digər sistemlərlə müqayisədə sadə iş mexanizmi, miniatürlüyü, çevikliyi və maya dəyəri baxımından daha ucuz olması ilə fərqlənir. TEG mexaniki, külək, su dalğaları və s. kimi enerji mənbələrindən elektrik enerjisi əldə etməyə imkan verir.

Gənc tədqiqatçılar tərəfindən “Scotch yoke” (dairəvi hərəkəti düzxətli hərəkətə çevirən qurğudur) əsasında külək enerjisini generasiya edən TEG yaradılmış və çeviricilik qabiliyyəti yoxlanılmışdır.

Miniatür qurğu 5 V gərginlik, 6.5 nA cərəyan və 0.3 mkVt orta çıxış gücü əldə etməyə imkan verir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]