Vətən Müharibəsi Əlillərinə Kömək birliyi: Bizim təşkilatın adından sui-istifadə edilməsi halları var - FOTO

Vətən Müharibəsi Əlillərinə Kömək birliyi: “Bizim təşkilatın adından sui-istifadə edilməsi halları var” - FOTO

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi qurumun adından istifadə edərək qanunsuz əməllərlə məşğul olan şəxslər barədə açıqlama verib.
 

Qurumun rəsmisi Məhəmməd Məmmədov Oxu.Az-a bildirib ki, birliyin 2000-dən çox üzvü var:
“Üzvlüyə müraciət olunan şəxslər barədə ciddi araşdırma aparılır.  Dövlət tərəfindən statusunu təsdiq edilən sənədlərin əsasında şəhid ailələrinin üzvləri, Qarabağ qazısı və veteranı olanları üzvlüyə qəbul edirik. Amma bizim təşkilatın adından bəzi üzvlərimizin sui-istifadə etdiyi halları ilə qarşılaşırıq. Bəziləri pul qazanmaq üçün və başqa məqsədlər üçün birliyin vəsiqələrindən istifadə edib, qeyri-qanuni əməllər törədirlər.
 

Dəfələrlə İctimai Birliyin sədri Qurban Məmmədov bununla bağlı həmin şəxslər barədə söhbətlər aparıb, hər bir problemin qanunu yollarla həll edilməsi barədə çağırışlar edib. Bu söhbətlər də fayda verməyəndə idarə heyətinin qərarları ilə bir sıra üzv təşkilatdan çıxarılıblar.
 

Artıq mətbuatda belə qanunsuz əməllərdə adları hallanan özünü birliyin sədr müavini kimi təqdim edən Musayev Sərxan Yaqub oğlu, Camalov Rəhman Pəbir oğlu, Şəmilov İlyas Cəbrayıl oğlu, Abbasov Zavur Ağaqulu oğlu da üzvlükdən çıxarılıb”.
 

Qurum rəsmisi əlavə edib ki, birliyin verdiyi vəsiqələri təqdim etməklə, qanunsuz əməllər törədənlərə qarşı mübarizə tədbiri kimi artıq yeni formada vəsiqələr hazırlanıb və 2020-ci ilin oktyabr ayından təqdim edilir:


“Belə bir əməllər bizim təşkilata ləkədir. Təşkilatımızın amalı qazilərə, şəhid ailələrinə, hüquqi, psixoloji, maddi yardım etməkdir”.

 

oxu.az

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]