Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib - FOTO

Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib - FOTO

  instaqram AZpress.AZ

 

  facebook

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə İtaliyada rəsmi səfərdə olan Azərbaycan  parlament nümayəndə heyəti mayın 18-də Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.


Xatırladırıq ki, bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılıb. Həmin Sərəncama əsasən Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]