Durarbəyli ölkə çempionatının birinci mərhələsinin lideri olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Durarbəyli ölkə çempionatının birinci mərhələsinin lideri olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Mayın 3-də Naxçıvan şəhərindəki Gənclik Mərkəzində 12 kişi şahmatçının iştirakı ilə startı verilən və dairəvi sistem üzrə keçirilməklə 11 turdan ibarət olan Azərbaycan çempionatının birinci mərhələsi başa çatıb. Mükafat fondu 15 min AZN təşkil edən çempionmatın birinci mərhələsinin lideri 7,5 xalla Vasif Durarbəyli olub. 2-3-cü yerləri hərəyə 7 xal toplayan Nicat Abbasovla Eltac Səfərli bölüşüb. Çempionatın pley-off (dördlər finalı) mərhələsində iştirak etmək hüququ verən 4-cü yerisə 6,5 xalla Nicat Məmmədov tutub. Yarımfinal hesab edilən bu mərhələdə Eltac Səfərli Nicat Abbasovla, Vasif Durarbəylisə Nicat Məmmədovla qarşılaşacaq. Çempionata mayın 18-də yekun vurulacaq. 20-31 may aralığında isə qadınların mükafat fondu 7 min AZN təşkil edən analoji yarışı keçiriləcək. Xatırladaq ki, kişilərin yarışının qalibi Dünya Kubokunda, qadınların çempionu isə Avropa çempionatında iştirak etmək hüququ qazanmış olacaq.

İNTİQAM Məmmədov 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]