10 May Ümummilli Lider Heydər Əliyevin doğum günüdür +VİDEO

10 May Ümummilli Lider Heydər Əliyevin doğum günüdür +VİDEO

  instaqram AZpress.AZ

 

  facebook

Hər il olduğu kimi bu ildə dahi siyasətçinin doğum günündə onunla bağlı xatirələr canlanır, bu gün də onun aktual olan çıxışları, tezisləri yada salınır. Milli QHT Formunun prezidenti Rauf Zeyni Heydər Əliyevlə düz 31 il əvvəl - 1990-cı ilin dekabrında Naxçıvanda görüşüb və onunla apardığı, indiyədək heç bir yerdə yayımlanmayan səs yazısını Öndər TV-ə təqdim edib. Rauf Zeyni həmin illər haqqında danışarkən deyib ki, O,həmin vaxt Sumqayıtda xalq hərəkatının liderlərindən biri idi. Şəhər sovetinin deputatı seçilmişdi. Naxçıvana getməkdə məqsədi isə təkcə Heydər Əliyevdən müsahibə götürmək yox, bu böyük şəxsiyyətlə Azərbaycanın gələcəyi, müstəqilliyinin əlda olunması perspektivləri barədə fikir mübadiləsi aparmaq idi. Rauf Zeyni deyir ki, Heydər Əliyevlə 1990-cı il dekabrın 1-də, saat 10:50-də Naxçıvan Muxtar Respublikasının Alı Məclisinin binası qarşısında görüşüb. O, həmin görüşü belə xatırlayır: "Bildirdim ki, məqsəd həm onunla görüşmək, həm də imkan daxilində müsahibə almaqdır. Gəlirlər, müsahibə alırlar, amma dərc edə bilmirlər" Heydər Əliyev belə cavab verdi. Dedim Onlar Bakıdan gəliblər mən isə sumqayıtdan gəlmişəm, xalq arasında sizin haqqınızda müxtəlif uydurmalar, söz-sohbətlər dolaşmaqdadır, bunlara aydınlıq gətirmək məqsədilə belə müsahibələrə ehtiyac var. Heydər Əliyev gülümsədi və dedi: "Əgər siz təkid edirsinizsə, onda axşam saat yeddidə gözləyirəm". Mən minnətarlığımı bildirdim və axşam saat 19:00-da Naxçıvan şəhəri, Puşkin küçəsi 2 -də, O zaman Heydər Əliyevin yaşadığı məlum ünvanda şəxsən mənim üçün çox böyük əhəmiyyəti olan həmin tarixi görüş baş tutdu. Heydər Əliyevlə söhbətimiz 3 saata yaxın çəkdi. Əvvəlcə Sumqayıtdakı vəziyyətdən, ölkədə gedən siyasi proseslərdən danışdıq, suallar verdim. Sonra qərara aldım ki, bu tarixi fürsəti əldən verməyim, söhbəti müsahibəyə çevrim. O vaxt diktafon da yox idi, Naxçıvanda bir nəfərdən diktafonu kirayə götürmüşdüm. Diktafonu qoşdum. Heydər Əliyevdə öz diktafonunu qoşdu. Söhbətə başladıq. Təxminən 90 dəqiqəlik söhbət alındı...” – deyə Rauf Zeyni qeyd edib.
Rauf zeyni xatırlayır ki, müsahibəni o dövrün qəzetlərindən heç biri dərc etmək istəməyib. Müsahibənin siyasətdən bəhs etməyən cüzi hissəsini "168 saat" adlı qəzet dərc etməyə razılıq verib, amma bir həftə sonra həmin qəzet bağlanıb.
Beləliklə, Rauf Zeyninin 31 il əvvəl Heydər Əliyevdən aldığı tarixi müsahibənin səs yazısını olduğu kimi sizlərə təqdim edirik:

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]