Masallı rayonunun Ərkivan qəsəbəsində uşaq bağçasının təməli qoyuldu -(AZpress.AZ- Ş.ƏLİHÜSEYN, +FOTO=2)

Masallı rayonunun Ərkivan qəsəbəsində uşaq bağçasının təməli qoyuldu -(AZpress.AZ- Ş.ƏLİHÜSEYN, +FOTO=2)

10 may 2021-ci il tarixdə Masallı rayonunun Ərkivan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni körpələr evi-uşaq bağçasının təməli qoyuldu.

Möhtərəm Prezidentimizin tövsiyə və tapşırıqları əsasında Masallıda irimiqyaslı layihələrin icrası, abadlıq-quruculuq işləri durmadan inkişaf etdirilir. Keçən il olduğu kimi cari ildə də Masallı rayonunda məktəbəqədər uşaq-tərbiyə müəssisəsinin tikilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə Ərkivan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 yerlik uşaq bağçası-tərbiyə müəssisəsinin təməlqoyması olmuşdur.

Bağçanın təməlqoymasında iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov uşaqların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu xüsusilə qeyd etdi. Rayon rəhbəri bu sahədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara qayğı və mərhəmətinin ləyaqətlə təmsil edildiyini vurğuladı. Ərkivan qəsəbəsində körpə fidanların üzünə açılacaq körpələr evi-uşaq bağçası da bu mərhəmətin, diqqət və qayğının parlaq nümunəsidir.
Təməlqoymada daha sonra çıxış edən Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, əslən Ərkivandan olan tanınmış iş adamları Qalib Məmmədov, Qasıməli Qasımov, uşaq bağçasının müdiri Reyhan Əmənova, Azərbaycan Ordusunun mayoru, Tovuz döyüşləri şəhidi Anar Novruzovun oğlu Nihad Novruzov və başqaları bir daha yeni tikintiyə görə Ölkə rəhbərinə və Heydər Əliyev Fondunun Prezidentinə minnətdarlıq ifadə etdilər.

Qeyd edək ki, ara məsafəsi gözlənilmək şərti ilə keirilən təməlqoymada Ərkivan qəsəbənin ziyalıları, ağsaqqal və qaziləri iştirak etmişlər.
Bu gün uşaqların keyfiyyətli təlim-tərbiyə və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət siyasətinin başlıca prinsiplərindən biridir.

ƏLİHÜSEYN ŞÜKÜROV
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]