Lənkəranda Ulu öndərin xatirəsi ehtiramla anılıb - Azpress.AZ, B.Ağaddin, Lənkəran (+FOTO=8)

Lənkəranda Ulu öndərin xatirəsi ehtiramla anılıb - Azpress.AZ, B.Ağaddin, Lənkəran (+FOTO=8)

Dünya şöhrətli dövlət və siyasi xadim, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98 illiyi dünyada və ölkəmizin hər yerində olduğu kimi Lənkəranda da geniş qeyd olunub.

  instaqram AZpress.AZ

 

  facebook

AZpress.AZ xəbər verir ki, bununla əlaqədar şəhərdəki Heydər Əliyev Mərkəzində, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, əmək kollektivlərində, gənclər təşkilatlarında karantin qaydalarının şərtləri gözlənilməklə müxtəlif mövzuda tədbirlər, onlayn konfranslar və ağacəkmə aksiyaları keçirilib. Ağacəkmə aksiyası zamanı təkcə Heydər Əliyev prospektində 1000-dən çox küknar, şam və digər həmişəyaşıl ağaclar əkilərək, onlara aqrotexniki qulluq göstərilib.

Mayın 10-da, Ümummilli lider Heydər Əliyevin doğum günündə Ulu öndərin Lənkəran şəhərinin Heydər Əliyev xatirə parkındakı əzəmətli abidəsi kütləvi ziyarət olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai-siyasi təşkilatların təmsilçiləri, “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri və ictimaiyyət nümayəndələri pandemiyanın tələblərinə uyğun şəkildə abidənin önünə tər çiçəklər düzməklə dahi şəxsiyyətə ehtiramlarını ifadə ediblər.
Daha sonra İcra başçısı və digər iştirakçılar Heydər Əliyev Mərkəzindəki müzeyə baş çəkib Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Həmin gün YAP Lənkəran şəhər təşkilatının təşəbbüsü ilə Ulu öndərin anadan olmasının 98 illiyinə həsr olunmuş onlayn konfrans keçirilib. Yaşlı nəslin, müharibə və əmək veteranlarının, gənclərin iştirak etdiyi konfransda Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərinin nəsillərə örnək olduğu, bugünkü uğurların, qazanılan möhtəşəm qələbələrin məhz onun əsasını qoyduğu və Azərbaycan Prezidenti İlham Əliyevin böyük uğurla davam etdirdiyi siyasi kursun bəhrələri olduğu diqqətə çatdırılıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]