Masallıda Breyn rinq intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir -(AZpress.AZ- Ş.ƏLİHÜSEYN, +FOTO=12)

Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir -(AZpress.AZ- Ş.ƏLİHÜSEYN, +FOTO=12)

Masallıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir

 

8 və 9 may 2021-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Koronavirus(COVİD-19) Pandemiyasına qarşı əsas müdafiə tədbirlərini nəzərə alaraq, ASAN İntellektual İnkişaf Mərkəzində , Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş gənclər arasında “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir.

Tədbirin mükafatlandırma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək bilik yarışının keçirilməsində əsas məqsədin Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi və Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunmasından ibarət olduğunu bildirdi. Sonra Camal Manafov, Ümummilli lider Heydər Əliyevin keçdiyi və hər bir gəncə örnək ola biləcək şərəfli ömür yolundan, onun Azərbaycan gəncliyinin hərtərəfli inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan danışdı.

Gərgin və maraqlı mübarizə şəraitdə keçən bilik mübarizəsinin sonunda I yerə Şığdaş kənd tam orta məktəbin “Sığdaş” komandası, II yerə Bala Kolatan kənd tam orta məktəbinin “Bala Kolatan” komandası , III yerə B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin “Böyük Xocavar” komandası layiq görülmüşdür.


Qalib komandalar Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplom və Masallı rayon Təhsil şöbəsi tərəfindən isə diplomla mükafatlandırılıb.

ƏLİHÜSEYN ŞÜKÜROV

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]