Milli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyevin rolu - Azpress.AZ, B.Ağaddin, Lənkəran (+FOTO=3)

“Milli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyevin rolu” - Azpress.AZ, B.Ağaddin, Lənkəran (+FOTO=3)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə qazısının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibətilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyevin rolu” mövzusunda videokonfranskeçirilib.
Azpress.AZ xəbər verir ki, videokonfransda DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, QMİ-nin Lənkəran bölgəsi üzrə qazısı Qəni Axundzadə, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra milli-mənəvi və dini dəyərlərə qayıdışın baş verdiyi qeyd edilib. Natiqlər, ölkəmizdə dövlət-din münasibətlərinin Ümummilli Lider tərəfindən çox böyük uzaqgörənliklə əsasının qoyulduğunu, bu gün Möhtərəm Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıblar.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]