Ağcabədidə ağacəkmə aksiyası keçrilib - AZpressAZ- İ.Mais, Ağcabədi (+FOTO=18)

Ağcabədidə ağacəkmə aksiyası keçrilib - AZpressAZ- İ.Mais, Ağcabədi (+FOTO=18)

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü münasibətilə Ağcabədi rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyası keçrilib.

AZpress.AZ - ın bölgə müxbiri xəbər verir ki, aksiyada rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə, təşkilat nümayəndələri, rayon ziyalıları da qatılıblar. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov da iştirak etmişdir. Aksiya iştirakçıları tərəfindən Mingəçevir- Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində yol kənarında 1000 ədəd eldar şamı, sərv, kiparis ağaclarının əkilməsi nəzərdə tutulub. Bundan əvvəl isə Ağcabədi-Zərdab yolunun kənarında 5000 ədəd həmişəyaşıl, meyvə ağacları və gül-çiçək əkilmişdir. Ağacəkmə aksiyası rayonun müxtəlif kəndlərində qarşıdakı günlərdə də davam etdiriləcək. Bölgədə ağacəkmə aksiyası ənənəvi hal alıb. Bundan əlavə cari ildə rayon ərazisində 68 mindən çox çəkil ağacı əkilmişdir. Əkilən ağacların suvarılması diqqət mərkəzində saxlanılır.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]