10 paytaxt məktəblisi ən yaxşı təqdimat müəllifi olub

10 paytaxt məktəblisi ən yaxşı təqdimat müəllifi olub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində 10 paytaxt məktəblisi fərqlənib.


IX-XI sinif şagirdləri arasında təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 2 nəfər I, 2 nəfər II, 3 nəfər III dərəcəli diplomla, 3 nəfər isə “Tərifnamə” ilə təltif olunub.


Bakı şəhəri 18 nömrəli tam orta məktəbin X sinif şagirdi Riad Hüseynov, 116 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nastya Qəniyeva I dərəcəli, 27 nömrəli tam orta məktəbin X sinif şagirdi Nigar Aşumova, 83 nömrəli məktəb-liseyin XI sinif şagird Nərmin Məhərrəmova II dərəcəli diploma layiq görülüblər. Paytaxtdakı 53 nömrəli tam orta məktəbin XI sinif şagirdi Gülsüm Aslanova, 82 nömrəli tam orta məktəbin IX sinif şagirdi Şəms Abbasova, 287 nömrəli “Zəkalar” liseyinin IX sinif şagirdi İranə İskəndərli III dərəcəli diplom, 7 nömrəli orta məktəbin X sinif şagirdi Röya Həsənova, 251 nömrəli tam orta məktəbin X sinif şagirdi Nəzrin Hüseynli, 327 nömrəli tam orta məktəbin IX sinif şagirdi İlkin Məmişov isə “Tərifnamə” ilə təltif edilib.


Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir. Müsabiqə “Heydər Əliyev və Qarabağ” başlığı altında müəyyən olunmuş mövzular əsasında mövcud epidemioloji vəziyyət nəzərə alınaraq videotəqdimat formasında təşkil edilib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]