İran yük avtomobilləri Qarabağa yük daşımır - İran səfirliyi

İran yük avtomobilləri Qarabağa yük daşımır - İran səfirliyi

  instaqram AZpress.AZ

  facebook

İranın Bakıdakı səfirliyindən verilən məlumata görə Qarabağa Laçın dəhlizi vastəsilə gedən İrana dövlətinə məxsus yük avtomaşınları haqqında yayılan məlumatlar barədə hər hansı bir subut əldə edilməmişdir.

 

Səfirliyin Bəyanatında deyilir.

 

Dost və qardaş Azərbaycan Respublikasının şərəfli və müdrik xalqının diqqətinə çatdırılır:


Laçın dəhlizindən İrana məxsus yük maşınlarının Qarabağa gediş-gəlişi ilə bağlı kiber məkanda irəli sürülən iddialara cavab olaraq, İran İslam Respublikasının müvafiq qurumları tərəfindən aparılmış araşdırmalara əsasən iddianı və yayımlanan videonu sübut edən heç bir dəlil əldə edilməmişdir.


İki dost və qardaş ölkə arasındakı münasibətlərin inkişaf etdiyi bir vaxtda, iki ölkə arasındakı münasibətlərin inkişafını istəməyən kanallar və qruplar tərəfindən belə əsassız və yalan məlumatlar yayımlanır.


İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Mətbuat şöbəsi

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]