Musa Yaqubun evində ailəsi ilə görüşülmüş dəfnlə bağlı müvafiq işlər görə yerində tapşırılıqlar verilmiş - FOTO

Musa Yaqubun evində ailəsi ilə görüşülmüş dəfnlə bağlı müvafiq işlər görə yerində tapşırılıqlar verilmiş - FOTO

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir.

  instaqram AZpress.AZ

  facebook

 

Azərbaycan poeziyasının inkişafında böyük xidmətlər göstərmiş,  xalq şairi, Yazıçılar Birliyinin üzvü, hər kəsin sevimlisi, xalqın böyük rəğbətini qazanmış Yaqubov Müsavat Səfiməmməd oğlu (Musa Yaqub) 2021-ci il mayın 7-də ömrünün 84-cü ilində vəfat etmişdir.
 

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur.
 

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlamış, bir müddət  İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. Onun 100 –dən çox şeir və poeması var.
 

Musa Yaqubun səmərəli fəaliyyəti yüksək qiymətləndirilmiş və o,Prezident İlham Əliyevin Sərəncamı ilə  24 may 2019-cu ildə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülmüşdür.
 

Ömrünün son illərini doğulduğu Buynuz kəndində keçirib, yaradıcılığına orada davam etmişdir. Musa müəllim şeirlərinin çox hissəsini vətənpərvərlik ruhunda yazmış, xalqın qəlbində unudulmayacaq iz buraxmışdır.
 

Musa müəllimin vəfatından kədərləndiyimizi bildirir, İsmayıllı Rayon İcra Hakimiyyəti və ictimaiyyəti adından ailəsinə dərin hüznlə başsağlığı veririk.
 

Allah rəhmət eləsin!

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]