Faiq İsmayılov: - Əzəli görkəmi tarixə qovuşdurulan Əsgəran Qalası

Faiq İsmayılov: - Əzəli görkəmi tarixə qovuşdurulan Əsgəran Qalası

Əzəli görkəmi tarixə qovuşdurulan Əsgəran Qalası

El arasında "Əsgəran qalası" adı ilə tanınan bu qalanı XVIII əsrdə Pənahəli xan öz xanlığının şərq sərhəddində tikdirmişdi. Dərbənd səddi Şirvanın şimal qapısı idisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi. Erməni tarixçisi Şaqen Mkrtçyanın "Историко-архитектурные памятники Нагорного Карабаха" adlı kitabında bölgədəki digər abidələrlər kimi Əsgəran qalası da ermənilərə aid olduğu iddia olunur. Kitabda və dövrü mətbuatda Əsgəran Qalasının adı Mayraberd kimi adlandırılır və erməni “xalqının qəhrəmanlıq tarixində” qürur mənbəyi kimi təqdim edilir.

Əslində, Qalanın inşaası Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub, Qarqar çay vadisini qapayaraq yalnız çay tərəfdən kiçik keçid yaratmaq məqsədini güdürdü. Əsgəran qalası çayın hər iki sahili boyunca sağ və sol sahilində tikilmişdir.



Qalanın sağ sahil (şərqi) istehkamı bürclərlə möhkəmləndirilmiş, ikiqat daş divarlarından ibarətdir. Bütün bürclər ikimərtəbəli olub, bir-birləriylə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilmişdir. Relyefə uyğun olaraq dəhliz bir bürcün birinci mərtəbəsini digər bürcün ikinci mərtəbəsi ilə birləşdirir.


Dağ keçidindən müdafiə olunan kənar şərq bürc xüsusi formalı otaqların yaratdığı kompleksindən ibarətdir. Qalanın sol sahil hissəsi (qərb) isə bir müdafıə həlqəsində birləşən düzbucaqlı trapesiya şəkilli istehkamlardan ibarətdir. Burada relyef nəzərə alınmaqla inşa olunmuş qala divarları altı bürclə möhkəmləndirilmişdir. Qarqar çayından başlayaraq dağa doğru uzanan qala divarları qala həyətini əmələ gətirir.


Yuxarı qala həyətinin hər küncündə bir bürc yerləşməklə demək olar ki, kvardrat formalı qapalı istehkamdır. Bu həyətdən aşağı həyəti ayıran köndələn divarda daxili, üstü tağlı darvazalar vardır.



Aşağı həyət şərq tərəfdən açılmışdır, belə ki, hər iki divar yalnız çaya çatır. İstehkamın sol sahildəki altı bürcün hər biri mərkəzində kiçik aşınma olan tağtavanla iki mərtəbəyə ayrılır. Üçüncü mərtəbə yalnız mazğallara qədər mühafızə olunub. Yuxarıdakı kvadrat biçimli istehkam, görünür, müdafiə sistemində xüsusi əhəmiyyət kəsb edirdi və elə inşa olunmuşdu ki, hətta qalanın aşağı hissəsi düşmənin əlinə keçdikdə də burada mübarizəni davam etdirmək mümkün olsun.



Hündürlüyü 9 m, qalınlığı 2 m-dən ibarət qala divarları üz hissəsi yaxşı işlənmiş çay daşlarından tikilmişdir. Horizontal sıralı döşəmə daşlar tikintini daha da canlandırır.


Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 km -liyində və Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində dağ döşündə yerləşir. Burada dağlar eni təqribən 500 m-ə çatan çayın vadisinə və qalanın divarları ilə əhatələnən böyük olmayan dərəyə yaxınlaşır.
Qalanın adı isə Əsgəran adlı yerlə bağlanaraq, Azərbaycan dilindəki əski (köhnə, qədim) sözündən və Aran toponimindən ibarət olduğu göstərilir. Qiyasəddin Qeybullayev Əsgəran toponimini Azərbaycan dilindəki əski – "qədim", "köhnə" sözündən və Arran etnonimindən ibarət olduğunu yazır: "Əsgəran rayonu ərazisində Pənah xan tərəfindən tikilmiş "Əsgəran" qalasının xarabalıqları vardır. Qala yerin adı ilə Əsgəran adlanmışdır, başqa sözlə qala tikilməzdən əvvəl ərazi ətraf əhali içərisində Əsgəran, (yəni Əski Aran) adı ilə məlum idi".
Əsgəran qalasının tikilmə tarixi və onu tikdirənin adı müxtəlif mənbələrdə müxtəlif cür yazılmışdır. Bir qisim tarixçi qalanın tikilməsini Mehrəli xan Qarabağlıın, digər qisim isə İbrahimxəlil xanın adı ilə bağlayır. Eyni zamanda tikilmə tarixi də müxtəlif cür verilir.

Mərhum İbrahim xan həmin vəsiyyətə görə hər iki qalanı birini Şərq, o birini isə Qərb tərəfdə daş və əhənglə tikdirib, möhkəm bürc və barı çəkdirdi". Mirzə Vəli bəy Baharlının "Əhvalati-Qarabağ" əsərində qalanın salınması Pənah xanın adı bağlanır:"...

Pənah xan qalanı tamam edib və Pənahabad adı qoyub, sonra yenə fıkrə düşüb ki, qaladan bir neçə ağac aşağa bir qalaça qoşundan ötrü təmir etsin. Belə ki, həmin Əsgəran adlanan qalaçaları ki, biri Qarqar çayının o tərəfində və birisi digər tərəfdə təmir olub, həmin qalaçaları təmir elədib və bir cəm qoşun həmişə qalalarda durarmışlar".

1992-ci ildən Əsgəran Qalası Erməni silahlı qüvvələrinin işğalı altına düşdükdən sonra, qalanı hərbi maşınların köməyi ilə dağıtmağa başladılar. Ağır artileriyadan divarlara atəş açılır, dağıdılıb yerə tökülən daşlar yük maşınlarına doldurulub ərazidən uzaqlaşdırılırdı. Lakin qalanın tamamilə sökülüb məhv edilməsi mətin , mürəkkəb və böyük xərc tələb edən bir iş olduğundan ermənilər 2000-ci ildə qalanın södulməsini dayandırdılar.



Erməni tarixçiləri Əsgəran Qalasını “artsax xalqının” qalibiyyət simvolu adlandırdıqdan sonra qalanın iki əsrlik adını dəyişərək Mayraberdqoyduqdan sonra qalanın dağıdılması dayandırıldı. Ermənilər son dövrlər, Əsgəran Qalasını 1761-ci ildə “düşmənlərdən” qorunmaq üçün ermənilər tərəfindən inşa edildiyini iddia etməyə başlayıblar. Heç bir fakta əsaslanmayan bu iddia, növbəti erməni yalanlarından başqa bir şey deyildir.

Lakin bununlada kifayətlənməyən ermənilər 2010-cu ildən sonra Əsgəran Qalasını təmir etməyə başladılar. Təmir zamanı demək olarki qalanın bütün memarlıq quruluşu dəyişdirilməyə başladı. Qala divarları 2-2,5 metr hündürləşdirildi və bəzi bürclərin üzərinə 3-4 metr hündürlüyündə yeni mərtəbələr əlavə edildi.

 

 

 

Bu epizodda ermənilər qala divarını sökərək qaladan bayıra qapı açıblar. Nə məna kəsb etdiyi anlaşəlmayan bu məsələ yalnız barbar erməni təfəkkürünün məhsu ola bilərdi, oldu da.

 

Bu cür qədim qalaların bərpasında dəmir konstruksiyalardan istifadə edilməsi qətiyyən yolverilməzdir.


Qalab bürcünə daha bir mərtəbənin əlavə edilməsi, divar yarıqlarının formalarının və qalanın bərpasında istifadə olunan materialların dəyişdirilməsinin sadəcə bir adı var, VANDALİZM!

Faiq İSMAYILOV
AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı.

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]