Pul, bank və maliyyə bazarlarının iqtisadiyyatı kitabı Azərbaycan dilində

“Pul, bank və maliyyə bazarlarının iqtisadiyyatı” kitabı Azərbaycan dilində

BMU-nun əməkdaşları kitab tərcüməsi layihəsində uğurla iştirak ediblər
 

Bakı Mühəndislik Universitetinin (BMU) Dünya iqtisadiyyatı kafedrasının müdiri, i.ü.f.d., dosent Şəhriyar Muxtarov, kafedranın əməkdaşları - i.ü.f.d. Fərid Cəbiyev və İlkin Qasımov növbəti kitab tərcüməsi layihəsində uğurla iştirak ediblər. Belə ki, tanınmış iqtisadçı Frederik S.Mişkinin dünyaca məşhur “Pul, bank və maliyyə bazarlarının iqtisadiyyatı” kitabının ingilis dilindən Azərbaycan dilinə tərcüməsi layihəsində Ş.Muxtarov tərcüməçi, F.Cəbiyev və İ.Qasımov isə ixtisas redaktorları olaraq yer alıblar.
 

Kitab universitet tələbələri, iqtisadiyyat və maliyyə sahəsi ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub. Bununla yanaşı, kitab “Pul siyasəti”, “Pul və banklar”, “Bank işi” və “Maliyyə bazarları” kimi dərslərdə əsas vəsait kimi istifadə edilə bilər.  
 

“BP Azərbaycan”ın sponsorluğu ilə “TEAS PRESS” nəşriyyatında çap edilən vəsaitin ölkənin müxtəlif universitetlərinin kitabxanalarına paylanılması nəzərdə tutulur.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]