ADPU-nun Şamaxı filialında onlayn elmi seminar keçirilib -FOTO

ADPU-nun Şamaxı filialında onlayn elmi seminar keçirilib -FOTO

ADPU-nun Şamaxı filialında “Uğurlu təhsil islahatlarının banisi -Ulu Öndər Heydər Əliyev” mövzusunda onlayn elmi seminar keçirilib

Mayın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərdən biri, “Uğurlu təhsil islahatlarının banisi- Ulu Öndər Heydər Əliyev” mövzusunda onlayn elmi-seminar keçirilib. Seminarda filialın professor-müəllim heyəti və tələbələri, həmçinin Şamaxı rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Könül Eyvazova və Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının Gənclər Birliyinin sədri Nuranə Məmmədova iştirak ediblər.

AZpressAZ xəbər verir ki. seminarın işinə uğurlar arzulayan filialın direktoru, dosent Tünzalə Yusifova Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında oynadığı roldan danışıb. T.Yusifova təhsildə keyfiyyətin, şəffaflığın, tərəqqinin məhz Ümummilli liderin adı ilə bağlı olduğunu xüsusi vurğulayaraq bildirdi ki, təhsilin bütün pillələrində, xüsusən ali təhsil pilləsində aparılan uğurlu islahatların əsası ötən əsrin 70-ci illərində dahi rəhbər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.

Seminarda təlimçi qismindəfilialın tərbiyə işləri üzrə direktor müavini, Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Şəlalə Seyidova çıxış edərək Azərbaycan təhsil tarixinin 70-ci illərdən bugünkü dövrədək keçdiyi inkişaf tarixini mərhələlər üzrə təqdim edib, Ulu Öndər Heydər Əliyevin hər iki hakimiyyəti dövründə təhsilin yüksəliş dövrü olduğünu vurğulayıb. Qeyd olundu ki,yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin müasir tədris vasitələri ilə, şagirdlərin dövlət hesabına pulsuz dərsliklərlə təmin olunması, müəllim əməyinin yüksək qiymətləndirilməsi, onların maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması, istedadlı gənclərə böyük dövlət qayğısının göstərilməsi, onların xaricdə təhsilə göndərilməsi və sair sahələrdəÜmummilli liderimizin misilsiz xidmətləri müstəqil Azərbaycanda təhsil siyasətinin bugünkü inkişafına zəmin yaratmış oldu.

Seminar diskussiya şəklində davam etdirilib. Tələbələr tərəfindən səsləndirilən suallar və onlara verilən ətraflı cavablar seminarın faydasını göstərib.

ADPU-nun mətbuat katibi Cavid Hüseynov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]