Gənc istedadlar SƏHNƏDƏ parlayacaq! +FOTO

Gənc istedadlar “SƏHNƏDƏ” parlayacaq! +FOTO

İstedadlı gənclərin “SƏHNƏDƏ” parlayacağı müsabiqə elan olunur. Müsabiqənin məqsədi paytaxt və regionlarda xüsusi istedada malik olan gənc ifaçıları aşkar etmək, onların qabiliyyətlərinin inkişafı və sənətdə öz yerini tapmasına dəstək göstərməkdir. Azərbaycan Dövlət Televiziyasında (AzTV) teleşou formatında yayımlanacaq müsabiqə vasitəsilə 16-25 yaş arasındakı gənclər özlərinin ifaçılıq sahəsində olan bacarıqlarını nümayiş etdirəcəklər.

Müraciət etmək istəyən istedadlı gənclər www.gencistedad.az saytı vasitəsilə qeydiyyatdan keçə bilər. Daxil olan müraciətlərin dəyərləndirilməsindən sonra uğurlu hesab edilən iştirakçılar Bakı, Gəncə, Naxçıvan, Şəki, Quba, Lənkəran və Bərdə şəhərlərində keçiriləcək kastinqlərə dəvət olunacaqlar.

Kastinqlər nəticəsində müəyyənləşən 10 finalçı Bakı şəhərində keçiriləcək möhtəşəm konsert proqramında iştirak edəcək və peşəkar münsif tərəfindən qiymətləndiriləcək. Qalib olaraq seçilən 3 ifaçı RÄNG leyblı ilə birillik əməkdaşlıq müqaviləsi imzalamaq şansı əldə edəcək.

Qeyd edək ki, müsabiqənin münsiflər heyəti ölkəmizin musiqi sahəsində tanınan və peşəkar simaları olan Sevda Ələkbərzadə, Pərviz İsaqov (ProMete) və digər ulduzlardan ibarətdir.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və RÄNG leyblın tərəfdaşlığı və “GəncSİMA” İB-nin təşkilatçılığı ilə keçiriləcək “SƏHNƏDƏ” müsabiqəsinə müraciət üçün son tarix 10 iyun 2021-ci ildir.

Səhnədə ulduz olmaq vaxtıdır!

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]