ADU-nun Konfutsi İnstitutu Azərbaycan və Çin mədəniyyətində çiçək simvolikası" tədbiri keçirib

ADU-nun Konfutsi İnstitutu “Azərbaycan və Çin mədəniyyətində çiçək simvolikası" tədbiri keçirib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramına həsr olunmuş "Azərbaycan və Çin mədəniyyətində çiçək simvolikası" adlı onlayn seminar keçirib.


Seminarda çıxış edən ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan və Çin mədəniyyətində güllər və bitkilər dərin rəmzi məna daşıdığını və xalqların adət-ənənələri ilə sıx bağlı olduğunu bildirib. Gül obrazları poeziyanın, nağılların və əfsanələrin ayrılmaz hissəsidir, gül rəmzi isə parçaların, xalçaların, memarlıq dekorativ elementlərin ornamentlərində, Çini şəkillərində yer alır. Çin nadir bağ-park sənətinin mühüm elementi olan bir çox çiçək və bitki növlərinin vətənidir. R. Abbasov Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirə gününün və Şuşa şəhərinin rəmzi olan "Xarı bülbül" gülündən də söz açıb.


Seminarda çıxış edən Çin dili müəllimi, Şərqi Çin Universitetinin magistri Samirə Məmmədova Çin "dörd nəcib" bitkisindən - gavalı çiçəkləri, səhləb çiçəkləri, bambuk və xrizantemdən, insanın mənəvi kamilliyini və mənəvi gözəlliyini simvolizə edən bitkilərdən danışıb. Qədim Çin filosofları tərəfindən sehirli gücün güllərə verildiyini deyən S. Məmmədova Çin Milli çiçəyindən - çiçəklənmə və sülh rəmzi olan piondan danışıb. O, həmçinin təbiətin poetik-obrazlı şərhinə əsaslanan və rəssamlara öz fikirlərini, əhval-ruhiyyələrini ifadə etməyə, xoş arzularını ifadə etməyə imkan verən metaforikliyi və simvolizmi ilə seçilən Çin rəsmi "Xua-nyao" ("güllər və quşlar") janrının fəlsəfi-estetik köklərindən danışıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]