BDU-nun əcnəbi tələbələri Hərbi Qənimətlər Parkında olub

BDU-nun əcnəbi tələbələri Hərbi Qənimətlər Parkında olub

Bakı Dövlət Universitetində (BDU) təhsil alan əcnəbi tələbələr 44 günlük Vətən Müharibəsinin məntiqi yekununu əks etdirən Hərbi qənimətlər parkına səfər ediblər. Əcnəbi tələbələrin səfəri Təhsil Nazirliyi və “Study in Azerbaijan” tərəfindən təşkil olunan tədbirlər çərçivəsində baş tutub. BDU-da təhsil alan əcnəbi tələbələr hərbi qənimətlərə baxış keçirtməklə yanaşı, Ermənistanın Azərbaycana qarşı illərboyu apardığı işğalçılıq və soyqırım siyasəti, münaqişənin tarixi, 44 günlük Vətən Müharibəsinin gedişi və yekunları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərin müasir standartlara uyğun bərpası, bölgədə sülhün əhəmiyyəti və “Böyük Qayıdış” haqqında da geniş məlumatlandırılıblar.
 

Səfər çərçivəsində 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı qələbə barədə məlumat verilib. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasında olduğu vurğulanıb.
 

Qeyd edək ki, Hərbi Qənimətlər Parkında İkinci Qarabağ müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]