Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş şahmat üzrə II beynəlxalq onlayn Təhsil kuboku yarışı keçiriləcək

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş şahmat üzrə II beynəlxalq onlayn “Təhsil” kuboku yarışı keçiriləcək

Bu il mayın 7-də və 8-də Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman komitəsinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş şahmat üzrə II beynəlxalq onlayn “Təhsil” kuboku yarışı keçiriləcək.


Yarışda dəvət olunmuş ölkələrin 17 yaşadək şahmatçıları iştirak edəcəklər. Yarış 2 mərhələdən ibarətdir: seçmə və final mərhələsi. Seçmə mərhələnin nəticələrinə görə ilk 30 yeri tutmuş şahmatçılar final mərhələsinə vəsiqə qazanacaqlar. Beynəlxalq reytinqi 2300-dən yuxarı olan şahmatçılar birbaşa final mərhələsində iştirak etmək hüququna sahibdirlər.


Qaliblər “Təhsil” RİM-in diplomları və pul mükafatı ilə mükafatlandırılacaqlar.


Yarışın internet səhifəsi: https://www.itc2021.tehsilchess.az/
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]