Azərbaycanda Vətəndaşsızlıq: Nailiyyətlər və hədəflər adlı jurnal nəşr olunub

“Azərbaycanda Vətəndaşsızlıq: Nailiyyətlər və hədəflər” adlı jurnal nəşr olunub

Dövlət Miqrasiya Xidməti və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının birgə nəşri vətəndaşsızlıq halları ilə bağlı bir sıra məsələlərə həsr olunub. Azərbaycan və ingilis dillərində çapdan çıxan jurnalda Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun Xidmətin vətəndaşlıq məsələləri üzrə həyata keçirdiyi fəaliyyət, vətəndaşlıq hüququnun mahiyyəti, vətəndaşlıqla bağlı ölkə qanunvericiliyinin vətəndaşsızlıq hallarının həllində hüquqi təminatı ilə əlaqədar müsahibəsi yer alıb.


Nəşrdə “Vətəndaşsızlığa Son Qlobal Fəaliyyət planı: 2014-2024”, vətəndaşsızlıq məsələləri ilə əlaqədar işçi qrupunun fəaliyyəti, Azərbaycanda “Vətəndaşsızlığa son” kampaniyası çərçivəsində görülən işlər və digər mövzular barədə məqalələr yer alıb.


Jurnalda əvvəllər vətəndaşsızlıq halında olan və son zamanlar Azərbaycan Respublikasının vətəndaşlığını əldə edən şəxslərlə müsahibələr əksini tapıb.


Jurnalın Azərbaycan və ingilis dillərində olan elektron versiyası ilə buradan tanış ola bilərsiniz.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]