Sərbəst güləş üzrə yığmamız Dünya Olimpiya Təsnifat turnirinə yollanıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Sərbəst güləş üzrə yığmamız Dünya Olimpiya Təsnifat turnirinə yollanıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Xəbər verdiyimiz kimi, 6-9 may günlərində Sofiyada (Bolqarıstan) güləşin hər üç növü üzrə Dünya Olimpiya Təsnifat turniri keçiriləcək. Yrışda ölkəmizi təmsil edəcək sərbəst güləş üzrə millimiz artıq Bolqarıstana yollanıb. Qeyd edək ki, bu son lisenziya turnirində ölkəmiz baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında 3 güləşçi ilə təmsil olunacaq. Tridya kimlərin yer almasına gəlincə, məşqçilər korpusu Georgi Edişeraşvili (57 kq), Abubakr Abakarov (86 kq) və Vahid Qalayevə (125 kq) etimad göstərib. Sərbəst güləşçilər 6-7 may aralığında mübarizə aparacaqlar.
Xatırladaq ki, güləşin bu növündə 65, 74 və 97 kq-da Olimpiadaya vəsiqə təmin edilib. Həmin lesenziyaları isə Şərif Şərifov (97 kq), Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) qazanıb. Birinci son dünya çempionatında, qalan iki güləşçimiz isə Avropa Olimpiya Təsnifat turnirində bu uğura imza atıb. AGF-dən verilən məlumata görə, sözügedən turnirində daha bir həmyerlimiz - olimpiya kateqoriyalı hakim Asif Şirəliyev ədaləti qoruyacaq.

İNTİQAM Məmmədov 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]