Ömrünü xalqına bəxş etmiş insan (AZpress.AZ- Ş.ƏLİHÜSEYN, +FOTO=6)

Ömrünü xalqına bəxş etmiş insan (AZpress.AZ- Ş.ƏLİHÜSEYN, +FOTO=6)

Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibəti ilə YAP Masallı rayon təşkilatı “Ömrünü xalqına bəxş etmiş insan” mövzusunda onlayn görüş keçirmişdir.
Onlayn görüşü giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, türk dünyasının böyük oğlu, ümummilli liderimiz, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxışında bildirdi ki, Ümummilli liderin şah əsəri olan Azərbaycan onun ideyaları əsasında günbəgün möhkəmlənir, inkişaf edir, beynəlxalq münasibətlər sistemində yeri və rolunu artırır, bir sözlə, Cənubi Qafqazın parlayan ulduzu kimi tanınaraq, inkişafın Azərbaycan modelinin mövcudluğunu dünyaya nümayiş etdirir. Heydər Əliyev siyasətinin təntənəsi kimi dəyərləndirilən bu uğurlar dahi şəxsiyyətə sevgi və ehtiramın böyüklüyündə öz təsdiqini tapır. Ulu öndərin 98-ci ildönümünün yüksək əhval-ruhiyyədə keçirilməsi də bu sevgi və ehtiramdan qaynaqlanır.
Seyfəddin Əliyev qeyd etdi ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamız əsrlərə bərabər inkişaf yolu keçmişdir. Ölkədə nəhəng quruculuq işlərinin təşəbbüskarı məhz Ulu Öndər olmuşdur.
Seyfəddin Əliyev çıxışında vurğuladı ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
Çıxışının sonunda Seyfəddin Əliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxındır Ermənistan tərəfindən işğal edilmiş rayonlarımızı, şəhər və kəndlərimizi azad edib: “Noyabrın 8-də, Dövlət Bayrağı Günü ərəfəsində qədim Azərbaycan şəhəri, milli mədəniyyətimizin, milli musiqimizin beşiyi, qürur ünvanımız olan Şuşa şəhərinin işğaldan azad edilməsi İkinci Qarabağ Müharibəsində Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə düşən hadisə oldu. Ali Baş Komandan mənəvi paytaxtımızı özümüzə – xalqımıza qaytardı, sınmış qürurumuzu bərpa etdi. Vətən Müharibəsində qələbənin müəllifi olan Prezident İlham Əliyev xalqımızın 28 illik həsrətinə son qoydu. Heç bir qələbə asan başa gəlmir və tarix sübut edir ki, düşünülmüş siyasi xətt olmadan müharibəni qələbə ilə başa vurmaq mümkün deyil. Prezident İlham Əliyev ötən 17 ildə uğurlu fəaliyyəti, inkişaf və yüksəliş siyasəti, beynəlxalq miqyasda Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi, diplomatik qələbələri ilə torpaqlarımızın güc yolu ilə azad edilməsinin tarixini yetişdirdi”.
Binə Xocavar kənd məktəbinin direktoru Ülvi Rufullayev çıxış edərək qeyd etmişdir ki, Dövlətimizin müstəqilliyi, iqtisadi potensiyalının gücləndirilməsi, gənc nəslin yetişdirilməsi, tarixin, ədəbiyyatın, mədəniyyətin, incəsənətin inkişafı sahəsində dünya şöhrətli dahi şəxsiyyət Heydər Əliyevin qayğısı, tələbkarlığı, xeyirxahlığı, müdrikliyi çox böyük və şərəflidir. O, uşaqların və gənclərin ali təhsil almasına, elm öyrənməsinə, Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə məhəbbət ruhunda tərbiyə olunmasına atalıq qayğısı göstərmiş, həmişə səmərəli köməyini əsirgəməmişdir.
Sonra Masallı Gənclər Evinin direktoru Fuad Mənsimov, gənc fəallardan Sarxan Əhmədov, Qumral Rzalı və başqaları çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışmış, Ulu öndərin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz fəaliyyətindən bəhs etmişlər.

ƏLİHÜSEYN ŞÜKÜROV. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]