“Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” (AZpress.AZ, B.Ağaddin, Lənkəran, +FOTO)
Bu xəbəri paylaş
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” mövzusunda videokonfrans keçirilib.
Azpress.AZ xəbər verir ki, videokonfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran rayonundakı Səpnəkəran, Vel, Göyşaban, Ürgə kənd tam və Şağlaser kənd ümumi orta məktəblərinin direktor müavinləri, psixoloqlar, uşaq birliyi təşkilatının rəhbərləri, kitabxana müdirləri və “Həyat bilgisi” fənnini tədris edən müəllimlər iştirak ediblər.
Çıxışlar zamanı şagirdlərin milli-mənəvi dəyərlərimiz və azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşmalarının əhəmiyyəti qeyd edilib. Natiqlər məktəblilərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyini qeyd edərək bu istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən danışıblar.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
