Lənkəran teatrının iki aktrisası respublika bədii qiraət müsabiqəsindən mükafatla qayıdıb -(Azpress.AZ, Ağaddin Babayev+FOTO=6)

Lənkəran teatrının iki aktrisası respublika bədii qiraət müsabiqəsindən mükafatla qayıdıb -(Azpress.AZ, Ağaddin Babayev+FOTO=6)

 Lənkəran teatrının iki aktrisası respublika bədii qiraət müsabiqəsindən mükafatla qayıdıb

  instaqram AZpress.AZ

  facebook

Məlum olduğu kimi ölkə başçısının müvafiq Sərəncamı ilə elan edilən “Nizami Gəncəvi İli” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif layihə və tədbirlər həyata keçirilir. Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutan respublika “Sənsiz” bədii qiraət müsabiqəsi də bu qəbildəndir.
Müsabiqənin keçirilməsində əsas məqsəd milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdan ibarət olub.
Aprelin 29-30-da A.M.Şərifzadə adına Aktyor Evində keçirilən sənət yarışmasında Lənkəran Dövlət Dram Teatrının aktrisaları Gülər Kərimova və Vəfa Hacızadə də öz potensial imkanlarını nümayiş etdiriblər.
Yekunda münsiflər heyətinin qərarı ilə G.Kərimova diplom və pul mükafatı, V. Hacızadə isə diplomla təltif olunub.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]