Tacikistan və Qırğızıstan prezidentləri danışıqlar apardı

Tacikistan və Qırğızıstan prezidentləri danışıqlar apardı

 Tacikistan və Qırğızıstan prezidentləri danışıqlar apardı

  instaqram AZpress.AZ

  facebook

Tacikistan prezidenti Emomali Rahmon və Qırğızıstan prezidenti Sadır Japarov arasında telefon danışığı baş tutub.

 

Bu barədə Tacikistan prezidentinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, liderlər iki ölkə arasındakı sərhəddə atəşin tam dayandırılmasını və hərbi birləşmələrin geri çəkilməsini müzakirə edib.

Bundan başqa, Qırğızıstan və Tacikistan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı hökumətlərarası komissiyanın işə başlaması müzakirə olunub. Bu çərçivədə ilk görüşün mayın 1-də keçirilməsi nəzərdə tutulub.

 

***

 

Telefon danışığına qədərki hadisələr:

 

Tacikistan hərbçiləri Qırğızıstanın Arka kəndində yaşayış evlərini atəşə tutub.

 

Bu barədə Qırğızıstanın Sərhəd Xidməti bildirib.

Qeyd olunur ki, həmin kəndin əhalisi bir müddət əvvəl təxliyə olunub. Tacikistan tərəfi insidentlə bağlı hər hansı bir açıqlama verməyib.

 

***

 

Qırğızıstanda 2 günlük matəm elan olundu

Qırğızıstan prezidenti Sadır Japarovın imzaladığı fərmanına əsasən, 1-2 may tarixi Qırğızıstan Respublikasında milli matəm günləri elan edilib.

 

Qırğızıstan KİV-nə istinadən verilən məlumata görə, bu barədə Prezident Aparatının İnformasiya siyasəti şöbəsi bildirib.

Milli matəm günlərində ölkə ərazisində, eləcə də xaricdəki diplomatik və konsulluq binalarında Qırğızıstan Respublikasının Dövlət bayraqları endiriləcək.

 

Fərmanda bildirilib ki, mədəniyyət qurumlarına və teleradio şirkətlərinə milli matəm günlərində əyləncə tədbirlərini və proqramlarını dayandırmağa təklif olunacaq.

Qeyd edək ki, 29-30 aprel tarixində ölkənin Batken vilayətinin Qırğızıstan-Tacikistan sərhədindəki silahlı qarşıdurma nəticəsində həm mülki şəxslər, həm də hərbi qulluqçular arasında çoxsaylı ölən və xəsarət alan olub.

Qırğızıstan Səhiyyə Nazirliyinin son məlumatlarına görə, sərhəddəki silahlı qarşıdurma nəticəsində 31 nəfər ölüb, 154 nəfər yaralanıb.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]