İslam əxlaqına dair irihəcmli əsər nəşr olunub

İslam əxlaqına dair irihəcmli əsər nəşr olunub

Müasir dövr İslam alimlərindən olan Abdullah Haşiminin “İslamda əxlaq və ədəb qaydaları” adlı irihəcmli kitabı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazəsi ilə “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzində çap olunaraq işıq üzü görüb. Əsər ərəb dilindən Azərbaycan dilinə AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Hilal Ağamoğlanov tərəfindən tərcümə edilib.
 

Layihənin elmi redaktoru AMEA  Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı, rəyçisi AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aslan Həbibov, redaktoru isə AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi İbrahim Bağırovdur.
 

1080 səhifə olan kitab iki hissədən ibarətdir. Birinci hissədə 137 adda əxlaq və ikinci hissədə isə 90 adda ədəb qaydalarını ehtiva edir. Əsərdə hər bir əxlaq və ədəb qaydası ilə bağlı Qurani-Kərimin ayələri, mövzu ilə bağlı Peyğəmbər və məsumlardan nəql edilən hədislər, ibrətamiz qissələr yer almaqda, hər bir əxlaq xüsusiyyətinin mənfi və ya müsbət təzahürləri, ifrat və təfrit həddi, eləcə də əxlaqı xüsusiyyətlərin inkişafı və nöqsanların müalicəsi yolları barədə məlumat verilməkdədir.
 

Abdullah Haşiminin “İslamda əxlaq və ədəb qaydaları” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]