Səbinə Xasayeva: Örnək ömür bəşəri ömürdür

Səbinə Xasayeva: Örnək ömür bəşəri ömürdür

Səməd Vurğunun misralarını xatırlayıram:
 

Əbədi bir nəğmətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
 


Belə ölüm ölümsüzlükdür. Ömrünü xalqı üçün, milləti üçün yaşayanların ömrü belə ömürdür. Oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva belə bir ömür yaşadı.


Heç zaman unudulmayan, unudulmayacaq oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü tamam olur. Alimlərin mənəvi ustadı, Azərbaycan qadınlarının mənəvi bacısı, vətəndaşlıq işığı kimi tanınan, sevilən Zərifə xanımın şərəfli və mənalı ömür yolu Azərbaycan ictimaiyyəti üçün azərbaycançılıq, mənəviyyat və kamillik məktəbidir. Ümummilli Liderimiz Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı olan Zərifə xanım həm də qayğıkeş ana olub.


Zərifə xanımın ölümü ilə dünya çox şey itirdi.


Azərbaycanın oftalmologiya elminin inkişafına böyük töhfə verən Zərifə xanım Əliyeva təbabətdə öz dəsti-xətti olan novator bir alim idi. Zəngin mədəniyyəti, xeyirxahlığı, insanpərvərliyi, sadəliyi ilə əsl azərbaycanlı ailəsinin parlaq nümunəsi kimi həmişə könüllərdə yaşayacaq, qəlblərdə əbədi qalacaqdır. Bu ömür bütün dövrlərdə örnək ömür kimi xatırlanacaqdır. Örnək ömür bəşəri ömürdür.


Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]