Masallıda Şahmat idman növü üzrə rayon birinciliyinə yekun vuruldu (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir)

Masallıda Şahmat idman növü üzrə rayon birinciliyinə yekun vuruldu (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir)

  instaqram AZpress.AZ

  facebook

23-26 aprel 2021-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş yeniyetmələr (oğlan və qızlar) arasında Şahmat idman növü üzrə onlayn qaydada keçirilən Masallı rayon birinciliyinin yekun vuruldu.

Rayon birinciliyinin keçirilməsində əsas məqsəd Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi həmçinin yeniyetmələr arasında Heydər Əliyev İrsinin geniş təbliğindən və onların asudə vaxtlarının səmərəli təşkilindən ibarət olmuşdur.

Yarışın yekun nəticəsinə əsasən yeniyetmələr (oğlanlar) arasında birinci yerə Əkbərov Nurlan Nazim oğlu, ikinci yerə Sadiqzadə Miryusif Kənan oğlu, üçüncü yerə isə Zeynallı Böyükağa Emin oğlu layiq görülmüşdür.

Yeniyetmələr (qızlar) arasında birinci yerə Quliyeva Zeynəb Ruhil qızı, ikinci yerə Ağacanova Lalə Rauf qızı, üçüncü yerə isə Zeynallı Ayan Emin qızı layiq görülmüşdür.

Birincilikdə qalib gəlmiş şahmatçılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır.

ƏLİHÜSEYN ŞÜKÜROV. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]