Azərbaycanda kənd təsərrüfatı sektorunun kreditləşməsi cüzi artıb

Azərbaycanda kənd təsərrüfatı sektorunun kreditləşməsi cüzi artıb

Bu ilin aprelin 1-nə Azərbaycanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna kredit qoyuluşların həcmi ötən ilin eyni ayı ilə müqayisədə 8,2% artaraq 570,9 mln. manata çatıb.
 

Azərbaycan Mərkəzi Bankından Karvannews-a verilən məlumata görə, aylıq müqayisədə bu göstərici 0,2%, ilin əvvəlindən isə sözügedən sektorun kreditləşməsi 0,8% artıb.


Qeyd edək ki, aprelin 1-nə kənd təsərrüfatı sektoruna qoyulan kreditlərin real sektora kredit qoyuluşunda xüsusi çəkisi 3,9% təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz bəndi çoxdur.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]