AzTV - Çıxışa doğru da MÜZAKİRƏLƏR...

AzTV - “Çıxışa doğru”da MÜZAKİRƏLƏR...

 “Yeni təhsil qanunvericiliyində edilən dəyişikliklər” - “Çıxışa doğru”da MÜZAKİRƏ

  instaqram AZpress.AZ

  facebook

Ölkədə təhsil qanunvericiliyinə edilən dəyişikliklər təhsilə baxışı dəyişilməli, kamil insanlar yetişdirmək təhsilin məzmununda əsas meyar kimi qəbul edilməlidir. Bu dəyişikliklərin məqsədə xidmət edib-etmədiyini ölçmək xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün layihə əsaslı təhsilə keçid edilməli, kitabdan aslılıq minimuma endirilməlidir. Təhsilin məqsədi təhsilalanları həyata və təhsilin növbəti pilləsinə hazırlamaq, onların ixtisaslaşmasına dəstək olmaqdır. Təhsilin məzmunu elə qurulmalıdır ki, şagird məktəbə həvəslə, böyük maraqla gəlsin, öz potensialını reallaşdırsın, yeniliklər əldə etsin. Şagirdlərə həyatda nə lazım olacaqsa, onlara o aşılanmalıdır.

AzTV-nin “Çıxışa doğru” verilişində “Yeni təhsil qanunvericiliyində edilən dəyişikliklər” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Xətai Alıyev, Respublika Təhsil Şurası idarə heyətinin üzvü, təhsil tədqiqatçısı Böyükağa Mikayıllı, Milli Məclisin Deputati Ceyhun Məmmədov və Azedu təhsil portalının baş redaktoru Elmin Nuri mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

 

***

 

“Şəhid ailələri və qazilərə dövlət qayğısı” - “Çıxışa doğru”da MÜZAKİRƏ

Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir.

Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və artmaqdadır.

AzTV-nin “Çıxışa doğru” verilişində “Şəhid ailələri və qazilərə dövlət qayğısı” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – STM-in baş məsləhətçisi, politoloq İlyas Hüseynov, Azərbaycan Vətən Müharibəsi Veteranları İB -nin sədri Füzuli Rzaquliyev, 2 ci Qarabağ qazisi Bəkir Əsgərzadə, DMA-nın özünüməşğulluq şöbəsinin müdiri Fərid Həsənov və Protez-ortopedik İstehsalat və Reabilitasiya mərkəzinin, istehsalatın keyfiyyətinə nəzarət və idarə olunması üzrə inzibati heyətin mütəxəssisi Pirizadə Kənan mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]