Çıxışa doğru da MÜZAKİRƏ- Şişirdilmiş qiymətlər və yalançı endirimlər

“Çıxışa doğru”da MÜZAKİRƏ- “Şişirdilmiş qiymətlər və yalançı endirimlər”

 “Şişirdilmiş qiymətlər və yalançı endirimlər” - “Çıxışa doğru”da MÜZAKİRƏ

 

  instaqram AZpress.AZ

  facebook 

Geyim satış mağazalarının şüşələrini bəzəyən “geyimlərə 50, 70, 80 faiz endirimlər”, “ mağaza bağlandığı üçün bütün mallar yarı qiymətinə”, “hər nə alsan 10 manat”, “1-ni alana 2-cisi hədiyyə” kampaniya lövhələri hamının diqqətini cəlb edir. Belə kampaniya lövhələri əvvəllər daha çox bayram ərəfəsində özünü göstərirdisə, indi bütün geyim dükanlarında bu yazılara rast gəlmək mümkündür. Acınacaqlısı isə odur ki, mağazaya daxil olduqda elanlarda yazıldığı kimi olmadığı müşahidə edilir. Bunun səbəbini soruşduqda isə “onlar reklam məqsədilə yazılıb” və ya “kampaniyaya daxil olan malları ön cərgəyə düzmüşük” kimi cavablar alırıq. Məlum olur ki, mağazaya alıcının diqqətini cəlb etmək və malların tez bir zamanda satılması üçün satıcılar bu üsula əl atırlar. Çünki, istənilən alıcı “mağazalarda bütün mallara 70 faiz endirim” lövhələrini gördükdən sonra 100 manatlıq malı 30 manata alacağını düşünərək mağazaya daxil olur və bu zaman satıcılar öz məharətlərini işə salırlar...

AzTV-nin “Çıxışa doğru” verilişində “Şişirdilmiş qiymətlər və yalançı endirimlər” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Azad İstehlakçılar birliyinin sədri Əyyub Hüseynov, Azərbaycan Vəkillər kollegiyasının üzvü,vəkil Roman Qaraşov, iqtisadci ekspert Xalid Kərimov və ADRA-nın hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]