Səbinə Xasayeva: Yubiley ən əvvəl ürəyimizdə qeyd ediləcəkdir

Səbinə Xasayeva: Yubiley ən əvvəl ürəyimizdə qeyd ediləcəkdir

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycanımıza, xalqımıza misilsiz xidmətləri heç zaman yaddan çıxmayacaqdır. Bu xidmətlər əbədiyyətin cığırdaşı olub. Sovetlər dönə­min­də Moskvanın qəti etirazlarına baxmayaraq ən böyük azərbaycanlı olan Heydər Əliyev Bakıda ibtidai hərbi məktəb açılmasına təşəbbüs göstərdi. Moskva inadkarlıqla Suvorov adına hərbi məktəbin olduğunu, azərbaycanlı uşaqların da burda təhsil ala biləcəyini israr edirdi. Bu israr Heydər Əliyevin dühası qarşısında çox cılız idi, dahi şəxsiyyət dönməz məntiqlə onları inandırdı ki, bu məktəb də ölkənin müdafiə qüdrəti üçündür. Məktəb 1971-ci ildə açıldı. Əslində, Cəmşid Naxçıvanski adına hərbi lisey Azərbaycanın sabahlarına daha çox gərəkli olacaqdı, oldu da. Bu məktəb milli hərbçi kadrların hazırlanmasında olduqca gərəkli baza kimi milli hərbçi kadrların hazırlığında müstəsna rol oynadı. Bu məktəbin məzunları Sovetlər dönə­mində sabiq SSRİ-nin ali hərbi məktəblərində, Azərbaycanın dövlət müstəqilliyi bərpa olun­duq­dan sonra Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində) təhsil alan kursantların müstəqil Azərbaycan dövlətinin ordusunun forma­laş­­ma­sında müstəsna xidmətləri oldu.
 

Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunlarından 11 nəfəri Azərbaycanın Milli Qəh­rə­manıdır. Bir vaxtlar C. Naxçıvanski adına hərbi liseyin məzunları Vətən müharibəsində də rəşadətlə döyüşdülər, ölkə başçısının sərəncamları ilə yüksək dövlət təltiflərinə layiq görüldülər.
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəmşid Naxçıvanski adına hərbi liseyiin 50 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncam dövlətçiliyimiz üçündür.
 

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi ən əvvəl hər birimizin ürəyində qeyd ediləcəkdir.

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]