Şəhid Vüqar Məmmədovun xatirəsinə həsr edilmiş esse-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

“Şəhid Vüqar Məmmədovun xatirəsinə həsr edilmiş” esse-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

  instaqram AZpress.AZ

  facebook 

Mənəvi Dəyərlərin Təbliği Fondunun elan etdiyi “Şəhid Vüqar Məmmədovun xatirəsinə həsr edilmiş” esse-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mükafatlandırılma mərasimindən əvvəl Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə şəhidin valideynləri və esse-yazı müsabiqəsinin qalibləri iştirak ediblər. Vüqar Məmmədovun valideynləri şəhidin xatirəsinə göstərilən hörmət və ehtirama görə təşəkkürlərini bildiriblər.


Mərasimdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Vətən Müharibəsində şəhid olanların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını, onların qəhrəmanlıqlarının gələcək nəsillərə nümunə olacağını diqqətə çatdırıblar.


Daha sonra esse-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]