AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq

AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq

 AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq

  instaqram AZpress.AZ

  facebook 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə Özbəkistanın televiziya jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu barədə qərar ÖzbəkistanınPrezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Əsədjon Xodayevin rəhbərlik etdiyi nümayəndə heyəti iləQSC sədri Rövşən Məmmədov arasındakı görüşdə qəbul olunub.
Toplantıda Azərbaycan xalqını 44 günlük Vətən müharibəsindəki parlaq qələbə münasibətilə təbrik edən qonaq işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işlərində Özbəkistanın iştirakından, dövlət televiziyaları arasında əlaqələrin inkişafından və gələcək planlardan danışıb.
Qarşılıqlı təcrübə mübadiləsinin aparılması ilə bağlı qərarın qəbul olunmasından sonra detallar müzakirə olunub. AzTV sədri Rövşən Məmmədov bu istiqamətdə konkret addımların atılması məqsədilə QSC-nin Beynəlxalq Əlaqələr Departamentinə tapşırıqlar verib.
Bu barədə Özbəkistanın aoka.news saytı da xəbər dərc edib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]