Zülfüqar Hacıbəyovun "Nüşabə" operası.

Zülfüqar Hacıbəyovun "Nüşabə" operası.

  Zülfüqar Hacıbəyovun "Nüşabə" operası.

  instaqram AZpress.AZ

 

  facebook 

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi : Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasında 2021-ci il 13 aprel tarixində, “Zülfüqar Hacıbəyovun yaradıcılığı və "Nüşabə" operası” mövzusunda elmi işçi Fidan Nəsirovanın onlayn qaydada seminarı keçirilmişdi.
Məruzəçi Üzeyir Hacıbəylinin böyük qardaşı və silahdaşı olmuş Zülfüqar Hacıbəylinin(1884-1950) qısa da olsa yaradıcılığına nəzər salmış və sonra onun yarımçıq qalmış "Nüşabə" operasının təhlilini edərək əməkdaşlara təqdim etdi. 1907-ci ildə Bakıya köçmüş Zülfüqar Hacıbəyli yaradıcılığına başlayır. Onun ilk qələm təcrübələri operettaları olmuşdur. Operettalardan "Əlli yaşında cavan" "On bir yaşlı arvad", "Evliykən subay" və digər əsərlərini nümunə gətirmək olar. Onun bəstələdiyi əsərlərdən biri 1915-ci ildə yazılmış və yaradıcılığında mühüm yer tutan "Aşıq Qərib" məhəbbət dastanı olmuşdur. Əsərin səciyyəviliyi onda idi ki, opera xalq musiqisi ilə Avropa musiqisinin sintezini özündə əks etdirirdi.
Görkəmli sənət xadimlərindən biri kimi Z.Hacıbəyov respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Bu sahədə olduqca çox çalışıb. Lakin yazıb başa çatdıra bilmədiyi çoxlu sayda əsərləri qalıb. Arxivdə müxtəlif janrlarda yazdığı yarımçıq qalmış əsərləri vardır. Abdulla Şaiqin librettosuna yazılmış "Nüşabə" operası üzərində işlədiyini sübut edən çoxlu materiallar aşkar edilmişdir. "Nüşabə" operası Nizami Gəncəvinin "İsgəndərnamə" poemasının motivləri əsasında yazılmışdır. Bəstəkarın özü tərəfindən bu opera üzərində olan fikirləri bildirir ki, məhz Zülfüqar Hacıbəyov Nizami Gəncəvinin poemasına müraciət edərək "Nüşabə" operasını yazır.
Məruzəçi onu da qeyd etdi ki, "Nüşabə" operasında Bərdə hökmdarı Nüşabənin igidliyi və şücaəti tərənnüm olunur. Nizami Gəncəvi öz poemasında mərd, iradəli, ağıllı və bacarıqlı Bərdə hökmdarı Nüşabə obrazını yaratmaqla yeni tipli dövlət başçısından, ədalətli quruluşdan söz açmışdır. Dahi şair Nizaminin yaradıcılığının ən yüksək zirvəsi və Şərq poeziyasının ən parlaq incisi sayılan bu əsərində ideal cəmiyyət təsvir olunmuşdur.
Məruzəçi çox maraqlı bir faktı da qeyd etdi ki, Nizami Gəncəvinin " İsgəndərnamə" poemasını fars dilindən azərbaycan dilinə Abdulla Şaiq və Mikayıl Rzaquluzadə birlikdə tərcümə etmişlər. Abdulla Şaiqin "Nüşabə" pyesi Nizaminin süjeti əsəsında yaranan maraqlı sənət örnəyidir. "Nüşabə" operasının əks olunan səhnəsi 5 bölmədən ibarətdir. Səhnənin sonunda Nüşabənin çıxışından sonra apofeoz- kulminasiya xarakterli üçsəsli xor səslənir.
Seminarın sonunda elmi laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə; sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Nərminə Bayraməlibəyli; aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva; əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, böyük elmi işçi Zeynal İsayev və laboratoriyanın digər üzvləri mövzu ətrafında fikirlərini bildirdilər.
Elmi işçi Bəsti Kazımova

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]