Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılmasına başlanır - FOTO

Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılmasına başlanır - FOTO

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində  Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən bu ilin may ayından etibarən respublika ərazisində 22 yeni seysmik stansiyanın quraşdırılmasına başlanılacaqdır. Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində quraşdırılacaq stansiyalar qrant layihəsi hesabına alınıb.


Artıq yeni stansiyaların quraşdırılması ilə bağlı müvafiq yerlərin seçilməsi prosesi başa çatmışdır. Stansiyaların yerləri  AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərliyi ilə mərkəz əməkdaşları tərəfindən seçilmişdir. Yeni stansiyaların bir hissəsi Abşeron ərazisində Bozdağ - Qobu və Lökbatan palçıq vulkanlarının ətrafında quraşdırılacaq ki, bu da həmin vulkanlarda  gedən prosesləri,vulkanların aktivliyini və dinamikasını izləməyə imkan verəcəkdir. Palçıq vulkanları ətrafında quraşdırılan bu sistem unikal bir sistem olacaq və demək olar ki, MDB məkanı da daxil olmaqla, dünya ölkələrinin əksəriyyətində ümumiyyətlə yoxdur. Qalan stansiyalar isə respublikanın ayrı-ayrı bölgələrində quraşdırılacaqdır.


Qeyd edək ki, hazırda respublika ərazisində RSXM-nin 62 seysmik stansiyası fəaliyyət göstərir. Yeni stansiyaların quraşdırılmasından sonra seysmik stansiyaların sayı 84-ə çatacaq ki, bu da ölkə ərazisində aparılan seysmik monitorinq, seysmo - tomoqrafiya işləri, Yerin təkində gedən proseslərin öyrənilməsi və bu sahədə elmi tədqiqatların keyfiyyətinin yüksəlməsinə səbəb olacaqdır.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]