YT Parkın baş direktoru Vasif Abbasov: Hərbi Qənimətlər Parkı Ermənistanın işğalçılıq əməllərinin aynasıdır

YT Parkın baş direktoru Vasif Abbasov: Hərbi Qənimətlər Parkı Ermənistanın işğalçılıq əməllərinin aynasıdır

 YT Parkın baş direktoru Vasif Abbasov: Hərbi Qənimətlər Parkı Ermənistanın işğalçılıq əməllərinin aynasıdır

  instaqram AZpress.AZ

 

  facebook 

Azərbaycan 30 ilə yaxın qanunsuz işğal altında saxlanılan ərazilərinin bütövlüyünü Vətən müharibəsi nəticəsində Azərbaycan oğullarının qanı və canı bahasına təmin etdi. Dünya təcrübəsində də qəbul olunduğu kimi, ölkənin qazandığı şanlı zəfərin paradlar, parklar, muzeylər və digər vasitələrlə əbədi yaşadılması hər bir xalqın mənəvi haqqıdır.

Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika sərgilənir.

Qənimətlər Parkının 44 günlük müharibənin şokundan hələ də ayıla bilməyən Ermənistanda, eləcə də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə barışa bilməyən dairələrdə etiraz doğurması gözlənilən idi. Bu, Parkın Ermənistan ordusunun necə darmadağın edildiyini, hərbi texnikasının necə yararsız hala düşdüyünü, uzun illər boyu ətrafında “məğlubedilməzlik” mifi yaradılan Ermənistan ordusunda real vəziyyətin necə olduğunu ən incə detallarına kimi ortaya qoyması ilə əlaqədardır.

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin təltif olunan hərbi qulluqçularla görüşdə səsləndirdiyi kimi, “Bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir”. 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənən, istehkamlar quran, səngərlər, sığınacaqlar qazan düşmən üzərində qələbəni əldə etmək nə qədər çətin olsa da, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edib düşməni məğlub etdilər.

44 günlük Vətən müharibəsində ölkənin əksər qurumları kimi, AMEA da Silahlı Qüvvələrimizin yanında olduğunu nümayiş etdirdi, Ordumuza müxtəlif yardımlar göstərdi. Akademiya rəhbərliyinin tapşırığı ilə AMEA Yüksək Texnologiyalar Parkı və onun rezidenti olan Təcrübə-Sənaye Zavodu Vətən müharibəsi dövründə işğaldan azad edilmiş bölgələrdə yerləşən tibb məntəqələrimizə və hərbi hissələrə çoxlu sayda zəruri tibbi ləvazimatlar, eləcə də Zavodun istehsal etdiyi mühərrik və sürtkü yağlarından ibarət yardım göndərmişdir.

Azərbaycan tarixinin ən şərəfli səhifələrini özündə əks etdirən, Ermənistanın işğalçılıq əməllərinin aynası olan Hərbi Qənimətlər Parkı bundan sonra da Azərbaycan torpaqlarına göz dikmək istəyən hər kəs üçün tarixi ibrət dərsi olacaq.

Azərbaycan xalqı, o cümlədən Yüksək Texnologiyalar Parkının kollektivi Azərbaycanın qazandığı uğurları və nailiyyətləri ilə qürur duyur, bütün mümkün yollarla Müzəffər Ali Baş Komandanımızı və Ordumuzu dəstəkləməyə hazır olduğumuzu bildiririk!

Qarabağ Azərbaycandır!

AMEA Yüksək Texnologiyalar Parkının baş direktoru, Əməkdar mühəndis Vasif Abbasov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]