Budama işlərinin təcili dayandırılması məqsədilə Birliyə məcburi göstəriş verilib

Budama işlərinin təcili dayandırılması məqsədilə Birliyə məcburi göstəriş verilib

  instaqram AZpress.AZ

  facebook 

Bakı şəhəri Yasamal rayonu Şərifzadə-192 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
 

Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən ağacların vegetasiya dövrü olmasına baxmayaraq ərazidə budama işlərinin aparıldığı müəyyən olunub.
 

“Mütəxəssislər tərəfindən aparılan araşdırma zamanı budama işlərinin düzgün aparılmadığı, ağacların 4-5 metr hündürlükdən sərt budandığı məlum olub.
 

İşlərin təcili dayandırılması və budanan ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə aprelin 15-də Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məcburi göstəriş verilib”.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]