Maestoso klububun ilk tədbiri – Qazilərlə görüş baş tutdu.

“Maestoso” klububun ilk tədbiri –“Qazilərlə görüş” baş tutdu.

 “Maestoso” klububun ilk tədbiri –“Qazilərlə görüş” baş tutdu.

  instaqram AZpress.AZ

  facebook 

9 Aprel tarixində BMA- nın “Maestoso” tələbə klubu “Qazilərlə görüş” tədbirini həyata keçirdi.
BMA-nın “Tarix-Nəzəriyyə” fakültəsinin dekanı,professor Gülzar Mahmudova tədbiri açıq elan etdi və müharibə iştirakçısı kapitan Rüfət Məmmədovu, qazi Baş leytinant Fuad Quliyevi, qazi əsgər Azər Adıgözəllini salamlayaraq, “Maestoso” klubunun ilk tədbirinin qürur vericigörüş olduğunu bildirdi. Klubun işlərində tələbələrə möhtəşəm ideyalarla yorulmadan əmək sərf etməyi arzu etdi. Daha sonra söz BMA-nın Tədris işləri üzrə prorektoru professor, Əməkdar müəllim Nərminə Quliyevaya verildi. Prorektor tələbələri yaradılan klub münasibəti ilə təbrik edərək,onlara öz təşəbbüskar tədbirlərini milli mədəniyyətin beşiyi olan Şuşada keçirməyi arzuladı. Tədbirdə iştirak edən “Musiqi tarixi” kafedrasının müdiri professor Ülviyyə İmanova və “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor Könül Nəsirova vətən uğrunda sağlamlığından keçən zabitlərimizə dərin minnətdarlıq hisslərini aşıladı.Tələbələrimizə gördükləri işdə uğur arzu edərək, “Maestoso” klubunun məhz ilk tədbirininQazilərlə görüşolmasının gənclik üçün önəmli hadisə olduğunu vurğuladılar.
“Maestoso” klubunun üzvi “Musiqişünaslıq” ixtisası üzrə təhsil alan I kurs tələbəsi Mustafayeva Neyjən 44 günlük müharibə zəfərini tarixi faktlar əsasında dərin və təmkinli məruzəsi ilə çıxış edərək, klub adındanqazizabitlərimizəişıqlı gələcəklərini onlara borclu olduqlarını söylədi. Daha sonra “Musiqişünaslıq” ixtisası üzrə təhsil alan I kurs tələbəsi Rəhimova Nərmin klubun üzvi kimi “Yaşat” fondunun məqsədi və məramından söz açaraq, fondun qazilər üçün həyata keçirilən təşəbbüskar və qayğıkeş işlərindən söhbət açdı. “Maestoso” klubunun hər bir gənc üzvinin adından qazilərimizə şəfa diləyərək, alınan Qarabağı göz nuru kimi qoruyacaqlarına əminlik verdilər.
“Maestoso” klubunun üzvi tələbələri qazilərə çox maraqlı və cəsarətli suallar verərək müqabilində aldıqları kövrəldici və qürurverici cavablarla dəyirmi masa təşkil etdilər .
Sonda hər bir qazibelə bir işdə gəncliyin maariflənməsininvacibliyini bildirərək, onlara mənəvi dəstəkolduğları üçün tələbələrə özminnətdarlıqlarınısöylədilər və klubun fəaliyyətlərində hər bir tələbəyə uğur arzu etdilər..

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]