XX-XXI əsrlər Azərbaycan rəngarlığı Muzeyində Öz adani kəşf et grup sərgisi keçirilr +FOTO=44

XX-XXI əsrlər Azərbaycan rəngarlığı Muzeyində “Öz adani kəşf et” grup sərgisi keçirilr +FOTO=44

 XX-XXI əsrlər Azərbaycan rəngarlığı Muzeyində “Öz adani kəşf et” grup sərgisi keçirilr

  instaqram AZpress.AZ

 

  facebook 

 

Öz adanı kəşf et

Özünü kəşf et

Tənhalığında güclən...

Aydın Əfındinin “ Öz adını kəşf et” poemasından, 1991-ci il

 

 

YARAT Müasir İncəsənət Məkanı “Öz adını kəşf et” adlı sərgi layihəsini
təqdim edir. XX-XXl əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində həm şəxsi,
həm də ictimai kolleksiyalardan təşkil olunmuş bu sərgi, keçən əsrin
80-cı illərin sonları, 90- illərin birinci yarısında müxtəlif
nəsillərin nümayəndələri olan 21 Azərbaycan rəssamı tərəfindən
yaradılmış əsərlərdən ibarətdir. Əsərlərin bir çoxu geniş
ictimaiyyətinə ilk dəfə olaraq təqdim oiunur. Sərginin kuratoru
Azərbaycanın Əməkdar rəssamı Sabinə Şıxlinskayadır.

Sərgidə Azərbaycanın tanınmış rəssamları Şamo Abasov, Məlik
Ağamalov,CHİNGİZ, Elnur Babayev, Heybət Babayev, Rasim Babayev, Müslüm
Eldarov,İrina Eldarova, Kamal Əhməd, Eliyar Əlimirzəyev, Müseyib
Əmirov, Hüseyn Haqverdiyev, Rəşid İsmayilov, İnna Kostina, Eldar
Qurban, Sənan Qurbanov, Nazim Rəhmanov, Sabina Şıxlinskaya, Teymur
Daimi və Mİr Nadir Zeynalovun əsərləri nümayiş olunur.

Sərginin adında, biz, süqut dövründə tənhalıq və yalnızlıq mövzusunu
mənəvi qurtuluş kimi eşidirik. “ Öz adını kəşf et” poemasından
götürülmüş misralar və sərgidə təqdim oiunan əsərlər bir-birini
tamamlayir və həm obraz, həm də daxili mesajın intensivliyində əks
oiunur. Bu vəhdəd, sərginin həsr olunduğu dövrün reprezentasiyası üçün
çox səciyyəvi və rəmzi məna kəsb edir. Sərginin konsepsiyası ümid və
və məyusluq, müharibə və sevgi, ölüm və dirçəliş kimi əbədi
eksistensial mövzulara müraciət üzərində qurulub.

Belə ki, tarixi nöqteyi-nəzərdən bu layihə Sovet İttifaqının süqutu
dövründə incəsənətə həsr olunub. Bu gün sovet irsi ilə bağlı olan
mövzular, müəyyən məqamda dünyanın mədəni mühitində çox tələb olunsa
da , ciddi şəkildə tükənmişdir. Buna baxmayaraq, hər bir yeni kurator
baxışı, yeni nəslin fərqli qavrayışları, həmin dövrün naməlum
əsərlərinin yeni ekspozisiyası, yeni tarix və mədəni layları aşkara
çıxara bilər.

Keçmiş Sovet İttifaqı respublikalarının dövlət müstəqilliyini əldə
etməsi müxtəlif yollarla baş vermişdir.Azərbaycanda SSRİ-nin
dağılmasından sonrakı illər, Dağliq Qarabağın və ətraf yeddi
rayonlarının işğalına səbəb olan müharibə ilə bağlı idi və ölkə
tarixində ən faciəli səhifələrdən birinə çevrildi. Bu baxımdan,
sözügedən sərgi, əsas etibarılə yaddaş, tarixi irs və milli özünüdərk
prosesi haqqındadır.

SSRİ-nin süqutundan sonra incəsənət öz keçmiş soyuqluğunu və
şərtiliyini itirərək, həyatın nisbətən daha fəal hissəsinə çevrildi.
Azərbaycanda baş verənlər müəyyən mənada zaman ölçüsündə “ sınma” kimi
sayıla bilər. Zaman nə irəli gedir, nə də geri çəkildi: insanlara elə
gəlirdi ki, sankı zaman dayanıb. Bunun səbəbi isə, təkcə müharibə və
onun acı nəticələri deyildi. Bu həm də qaçqinlar, iqtisadi tənəzzül və
siyasi anarxiya, həmçinin, yenidənqurma illərində yaranmış “yeni”
həyat ilə bağlı müəyyən ümüdlərin iflasa uğraması ilə bağlı idi. Məhs
bu “zamansızlıq” dövründə, rəssamlar, musiqiçilər və şairlər hər cür
konyukturadan azad olan, son dərəcə güclü mənəvi intensivliyə malik
əsərləri dəqiqliklə yaradıblar. Maraqlısı budur ki, o dövrün bir çox
əsərlərini rəssamlar öz emalatxanalarında saxlayiblar; çünki,
incəsənət bazarı bu cür faciənin impulsundan qaynaqlanan incəsənətlə
uox, əzəmət və gözəllik mövzusu ilə maraqlanırdı...

“ Öz adını kəşf et” sərgisi 1988-ci ildən 1996-cı ilədək olan dövrün
tarixi hadisələrini məcazi şəkildə əks etdirən üç hissədən ibarətdir:
“dəyişiklik üçün ümidler və qaçılmaz fəlakətin gözləntisi” dövrü, “
Faciənin baş verməsi: müharibə və onun nəticələri” dövrü və “ Həyatın
canlanması və tunelin sonunda işəq” dövrü. Videofilmlərdə Azərbaycanın
Xalq artisti Fafiq Babayevin musiqisilərindən, həmçinin fotoqraflar
Haci Akif Ağayev, Əliseyran Babayev, Oleq Litvin, Kamal Babayev,
Üzeyir Muradov, Rafiq Nağıyev, Xalid Əsgərov, Şahvələd Ayvazov, Əli
Qafarov, Asim Talıb, Mirnaib Həsənoqlu, Aleksandr Çerkasov, Fərid
Məmmədov, Cahangir İbadov, Ağəli Məmmədov, Tahir Cəfərov, Nufəhməd
Vəliyev, İlqar Cəfərov və digərlərin 1988-1996-cı illərdə lentə
alınmış fotolarından istifadə olunub.

Ekspozisiyaya Azərbaycan Dövlət Rəsm Qalereyası, Bakı Müasir İncəsənət
Muzeyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Fotoqraflar
Birliyinin fondlarında saxlanılan əsərlər daxil edilib.

Layihə üzrə araçdırmaçı: Zəhra Məmmədova.

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]