Milli Qəhrəman Sadıq Hüseynovun anım günüdür AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+FOTO=3)

Milli Qəhrəman Sadıq Hüseynovun anım günüdür AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+FOTO=3)

 Milli Qəhrəman Sadıq Hüseynovun anım günüdür

  instaqram AZpress.AZ

  facebook 

Tarixin qanlı, lakin şanlı səhifələrinə adlarını yazdıran igidlərimiz haqqında nə qədər yazsaq, desək azdır. I Qarabağ müharibəsi qəhrəmanı, həmyerlimiz Sadıq Hüseynov da belə igid Azərbaycan oğullarındandır.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Sadıq Hüseynov 29 avqust 1961-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub. 1968- 1978-ci illərdə burada orta məktəbdə oxuyub. 1980-ci ildə Xankəndi Pedaqoji İnstitutunun İbtidai Metodika fakültəsinin qiyabi şöbəsinə daxil olub,elə həmin il ordu sıralarına həqiqi hərbi xidmətə çağrılıb. Təhsilini yarımçıq qoyub gedən Sadıq hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirib və 1987- ci ildə institutu bitirərək, kəndlərinə qayıdıb. Kənddə oxuduğu məktəbdə ilk olaraq, pioner baş dəstə rəhbəri, sonra isə müəllim vəzifəsində işləyib.
S.Hüseynov1989-cu ildə Daxili İşlər Nazirliyinin sərəncamı ilə Şuşa şəhərində sahə müvəkkili kimi fəaliyyətini davam etdirir.
Erməni faşistləri torpaqlarımıza xaincəsinə basqın edərkən silaha sarılaraq döyüşlərə atılır. O, 29 mart 1992-ci ildə qanlı döyüşlərin birində ağır yaralanır, lakin qorxmaz döyüşçü silahı yerə qoymur, mənfur düşmənlə ölüm-dirim savaşına qalxır. 13 aprel 1992- ci ildə erməni terorçuları Şuşanı ağır raket atəşinə tuturlar. Bu zaman orada olan həmyerlimiz döyüş yoldaşlarını xilas edərkən ağır yaralanır və qəhrəmancasına həlak olur.
Sadıq Hüseynov doğulduğu Xocavənd kəndində dəfn olunub. Xocavənd kənd tam orta məktəbinə qəhrəmanımızın adı verilərək xatirəsi əbədiləşdirilib, həmin məktəbin qarşısında büstü ucaldılıb.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il fərmanı ilə Hüseynov Sadıq Dayandur oğlu ölümündən sonra “ Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Ailəli idi, bir qız övladı yadigar qalıb.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]