Yeni layihə: Öyrətmək olmasın

Yeni layihə: “Öyrətmək olmasın”

 Yeni layihə: “Öyrətmək olmasın”

  instaqram AZpress.AZ

 

  facebook 

“Öyrətmək olmasın” adlı yeni teatr layihəsinə start verilib. Youtube platformasında və sosial şəbəkələrdə yayımlanan layihənin ideya müəllifi gənc rejissor Elvin Rüstəmzadə, operatoru Sübhan Quluzadədir.

Artıq ilk buraxılışı yayımlanan layihə müəllim və tələbələrin əyləncəli-intellektual dialoqları üzərində qurulub. Müəllim kürsüsündə əyləşən sənətşünaslıq üzrə fəlsəfə doktoru teatrşünas Elçin Cəfərov, tələbələr Sabirə Abdullayeva və Əlövsət Ağayev ilə birlikdə “Teatr nədir?”, ”Teatr necə olmalıdır?” kimi suallara cavab axtarıblar. Onlar teatr məbəddir, aynadır, barometrdir və sair kimi konseptlərə aydınlıq gətirməyə çalışıblar. On dəqiqəlik veriliş maraqlı dialoqları və dinamikliyi ilə diqqəti cəlb edib. ilk buraxılışı böyük maraqla qarşılanan layihənin yeni bölümləri yaxın günlərdə youtube vasitəsilə yayımlanacaq.

Verilişin videoyazısına aşağıdakı link vasitəsi ilə baxmaq olar:

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]